Accessibility links

Bakı Beynəlxalq Aeroportu 2,7 milyon sərnişinə xidmət edib


Bakı hava limanı
Bakı hava limanı

Heydər Əliyev Beynəlxalq Aeroportu 2017-ci ilin yanvar-avqust ayları ərzində 2,7 milyondan çox sərnişinə xidmət edib.

Hava limanının mətbuat xidmətinin məlumatına görə, bu ötən ilin analoji göstəricisindən 29 faiz çoxdur. İlin sonunadək yekun sərnişin dövriyyəsinin ötənilki 3,5 milyon nəfərdən çox olması gözlənilir ki, bu da aeroportun növbəti rekord göstərici olacaq.

Bu ilin 8 ayında “Azərbaycan Hava Yolları” (AZAL) milli aviadaşıyıcısının payına 1,61 milyon sərnişin düşmüşdür ki, bunun da 408 min nəfəri daxili reyslərlə daşınıb.

Sərnişinlərin 84,9 faizi beynəlxalq reyslərin payına düşüb. Bu ilin ilk səkkiz ayı üzrə statistikaya əsasən Bakıdan ən populyar beynəlxalq istiqamətlər - Moskva, İstanbul, Dubay, Kiyev və Tehran olub. Bu istiqamətlər üzrə 1,34 milyon sərnişin daşınıb.

Göstərilən dövr ərzində ən fəal aviaşirkətlərin beşliyinə AZAL, Turkish Airlines, flyDubai, Aeroflot və “Ukrayna Beynəlxalq Hava Yolları” aviaşirkəti daxil olub. Bu aviaşirkətlərin reysləri ilə beynəlxalq istiqamətlər üzrə 1,78 milyon sərnişin daşınıb.

Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu 53 istiqamət üzrə 29 aviaşirkətə xidmət göstərir. Yeddi aviaşirkət – “IrAero”, “Jazeera Airways”, “ZagrosJet”, “Pegas Fly”, “Kish Air”, “Nordwind Airlines” və “Wataniya Airlines” cari ilin yayından uçuşlara başlayıb.

Cari ilin sentyabr ayından ilk milli lou-koster “Buta Airways” uçuşlara başlayıb.

Aviaşirkət Moskva, Kiyev, Tbilisi, Kazan, Mineralnıye Vodı, Tehran və Antalyaya uçuşlar yerinə yetirir. Oktyabrın 29-dan etibarən “Buta Airways” Bakıdan İstanbula və Sankt-Peterburqa uçuşlara başlayacaq.

“Buta Airways” yaxın vaxtlarda Avropanın bir sıra şəhərlərinə də uçuşlar təşkil edəcək.

Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilib. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG