Kipr liderləri bu gün böhranla bağlı müşavirə keçirib və dünən Kipr parlamenti səs çoxluğu ilə xilas paketini rədd etdikdən sonra Kiprin Pravoslav kilsəsi yardım qismində öz resurslarını təklif edib.
Bu gün Kipr prezidenti Nikos Anastasiadeslə görüşdən sonra arxiyepiskop Krisostomos kilsənin daşınmaz əmlakını satışa çıxarmağa və əldə edilən məbləği hökumət bondlarına yatırmağa razı olduğunu deyib.
Kiprin nümayəndə heyəti Rusiya maliyyə rəsmiləri ilə mümkün variantları müzakirə etmək üçün Moskvadadır.
Bu arada prezident Anastasiades ölkənin böhranla bağlı atacağı növbəti addımı müzakirə etmək üçün digər partiya liderləri və Mərkəzi Bankın rəhbərliyi ilə görüşüb.
Dünən qanunvericilər beynəlxalq liderlərin təklif etdiyi 13 milyard dollar xilas paketini rədd edib.
Səsvermə xilas paketinə inamı sual altına alır, Kiprin maliyyə öhdəliyinə defolt tətbiq etmək və Kiprin 17 ölkənin üzv olduğu avro valyuta birliyində üzvlüyünə son qoymaq ehtimalı yaradır.
Xilas paketinin şərtləri Beynəlxalq Valyuta Fondu, Avropa Mərkəzi Bankı və Kiprin avroməkana daxil olan qonşuları tərəfindən müəyyən edilib.