Accessibility links

Aİ-nin lideri Rusiya, Çin və Trampı təhlükə olaraq görür


Avropa İttifaqının prezidenti Donald Task qurumun üzləşdiyi ən böyük xarici təhlükələrin sırasında Çin, Rusiya və ABŞ-ın yeni administrasiyasının yer aldığını deyib.

Task bunu cümə günü Maltada keçiriləcək Aİ sammitindən öncə Baltikyanı ölkələrin baş nazirləri ilə görüş keçirdiyi Estoniyanın paytaxtı Tallində deyib.

Tramp yürütdüyü siyasətlə Birləşmiş Ştatların maraqlarını üstün tutur və NATO üzvlərinin ittifaqa lazımı qədər töhfə vermədiklərini deyir.

Task Avropa deyib ki, İttifaqının Birləşmiş Ştatlar, Rusiya, Çin və ya Türkiyə ilə danışıqlarda ləyaqətini qorumalı olduğunu və Avropa inteqrasiyasına zidd ksenofob hisslər və populist bəhslərə güzəştə getməməlidir.

Sammitdən öncə yazdığı məktubda Task Avropa İttifaqının dağılmasının üzv ölkələrin tam bərpasına deyil, əksinə onların ABŞ, Rusiya və Çin kimi böyük superqüdrətlərdən asılılığına gətirib çıxaracağına aydınlıq gətirməyin vacib olduğunu deyib.

Task bildirib ki, ittifaq birlik nümayiş etdirsə, tamamilə müstəqil ola bilər.

O, məktubu Avropa İttifaqının ABŞ və Aİ arasındakı münasibəti “zəiflədib və ya gücdən salmaq” istəyənlərə imkan yaratmamalı olduğunu deyərək sona çatdırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG