Accessibility links

Avropa və ABŞ azad ticarət razılığına dair debatları intensivləşdirib


Avropa İttifaqının orqanizmlərin genetik modifikasiyasına ciddi qaydalar tətbiq etməsi ərzaq mallarına nəzarət edilməsi prosesini mürəkkəbləşdirib. Bu il Aİ və ABŞ Amerika mallarının Avropa bazarlarına çıxarılmasına yol açacaq azad ticarət razılığına dair debatları intensivləşdirib.

Almaniyanın Frankfurt şəhəri yaxınlığında 170 hektarlıq ferma sahəsinə malik olan Frederik Şmidt alma, armud kimi meyvələr və asparaqus kimi tərəvəz yetişdirir. Onun müştərilərinin əksəriyyəti yerlilər, qonşu kəndlərin sakinləridir.

Smidt işinin nailiyyətini yetişdirdiyi məhsulların keyfiyyəti ilə izah edir. “Mənim fermamda diqqətimizi torpağın davamlılığına veririk. Bu isə o deməkdir ki, torpağı məhsulun gələcək nəsli üçün münbit saxlamaq lazımdır. Əsas məsələ torpağın keyfiyyətidir. Torpaqdan ağılla istifadə etməli, onu gələcəyə yararlı saxlamalıyıq.”

Orqanizmlərin genetik modifikasiyası prosesinə 1980-90-ci illərdə geniş yer verilib. Almanlar isə genetik modifkasiyanın əleyhinədir. Onları ətraf mühitin zəhərlənməsi və bunun sağlamlığa hədə olduğu narahat edir.

ABŞ və Kanadanın təkrar səylərinə baxmayaraq, Aİ ciddi müqavimət göstərir. Bu yay məsələ yenidən gündəmə gətirilib.

Almaniyanın Vaşinqtondakı səfirliyinin kənd təsərrüfatı üzrə eksperti Tomas Şmidtin dediyinə görə, avropalılar bu məsələyə böyük həsasslıqla yanaşır.
“Əlbəttə, orqanizmlərin genetik modifikasiyası əleyhinə olanların sayı çoxdur. Bu, siyasi bir faktordur.”

Avropa İttifaqının araşdırmalarına görə, almanların 75 faizi bu kimi məhsulların əleyhinədir.

Məsələyə müqavimət o qədər güclüdür ki, BASF kimya zavodu öz bio-texnoloji şöbəsini Amerikaya köçürməyə məcbur olub.

Almanlar genetik modifikasiya edilən məhsulları yeməkdən imtina edir. Bunlardan biri 28 yaşlı Kristina Kosterdir. “Mən böyük məmnuniyyətlə bir neçə avro əlavə pul ödəyrək, daha sağlam, orqanik mal alaram.”

İspaniya da daxil edilməklə, Aİ daxilidəki tənqidçilərin sayı artmaqdadır. Onlar modifikasiyaya məruz qalan ərzaq məhsullarının qadağan edilməsini tələb edir. Lakin Aİ ABŞ-ın qarğıdalı, Cənubi Amerikanın soya lobyası və Argentinanın heyvan yemləri kimi mallarına ehtiyacı var.
XS
SM
MD
LG