Accessibility links

Azərbaycan Avropa Bankı ilə əməkdaşlığı genişləndirmək fikrindədir


İlham Əliyev və Suma Çakrabarti
İlham Əliyev və Suma Çakrabarti

Prezident İlham Əliyev mayın 24-də Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti ilə görüşüb. Bu barədə Azərbaycan prezidentinin rəsmi internet saytı məlumat yayıb.

Prezident Əliyev Azərbaycan ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında uzun illər mövcud olan əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyini bildirib.

“Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlığı davam etdirməkdə ölkəmiz maraqlıdır. Sizin bank ilə əməkdaşlıq Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə öz töhfəsini verib”, o qeyd edib.

Avropa Yenidənqurma və İnkişaf Bankının özəl sektora yönəltdiyi sərmayələrə toxunan Əliyev bunu bank tərəfindən bu sektorda vəziyyətin düzgün qiymətləndirilməsi kimi izah edib və həmin sərmayələrin özəl sektorun inkişafı üçün əlavə maliyyə imkanları yaratdığını deyib.

Suma Çakrabarti Avropa Yenidənqurma və İnkişaf Bankı ilə Azərbaycan arasında uğurlu əməkdaşlığın həyata keçirildiyini qeyd edib.

Suma Çakrabarti rəhbərlik etdiyi qurum ilə Azərbaycan arasında tərəfdaşlığın getdikcə daha da gücləndiyini vurğulayaraq son illər özəl sektora, xüsusilə qeyri-neft sektoruna qoyulan sərmayələrin artdığını deyib. Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Azərbaycanda aparılan iqtisadi islahatları yüksək qiymətləndirib.

Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən Azərbaycan iqtisadiyyatına qoyulan investisiyanın 70 faizinin özəl sektorun payına düşdüyünü vurğulayan Suma Çakrabarti maliyyələşdirdikləri 9 layihədən 8-nin qeyri-neft sektoruna aid olduğunu deyib.

Görüşdə nəqliyyat, energetika, kənd təsərrüfatı, özəl sektor, sahibkarlıq və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG