Accessibility links

Avropa Birliyi uyğur türkləri ilə bağlı bəyanat açıqlayıb


uyğurlar
uyğurlar

Çində kobud rəftar və başqa qanunsuzluqlarla üzləşmək ehtimalı olan 100-dən çox uyğur türkünü Çinə deportasıya etdiyinə görə Tailandı tənqid edən ABŞ-a Avropa Birliyi də qoşulub.

Avropa Birliyi bu gün deportasiyanı beynəlxalq humanitar qanunların fundamental prinsiplərinin kobud şəkildə pozuntusu kimi qiymətləndirib.

Məcburi deportasiyadan şoka düşdüyünü dilə gətirən BMT Qaçqınlar üzrə Ali Komisarlığı bildirib ki, Tailand rəsmiləri onlara etnik uyğurlarla bağlı beynəlxalq hüquqi standartlar çərçivəsində rəftar olunacağına təminat vermişdi.

Türkiyənin uyğurları qəbul etmək istəməsinin bildirməsinə baxmayaraq Tailand qadınlar və uşaqlar da daxil olmaqla, 100-dən çox uyğuru Çinə təhvil verib.

Deportasiya ilə bağlı etirazlardan sonra dünən Tailand Ankaradakı səfirliyini və İstanbuldakı konsulluğunu bağlayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG