Accessibility links

Avropa İttifaqı liderlərinin maliyyə paketi ilə bağlı müzakirələri davam edir


Avropa Birliyi liderləri təşkilata üzv ölkələrin koronavirus pandemiyasının təsirlərini aradan qaldırması üçün 2 trilyon dollarlıq büdcə və maliyyə razılaşması ilə bağlı müzakirələrə bazar ertəsi səhər fasilə verib.

Əvvəlcə şənbə gününə qədər nəzərdə tutulan danışıqlar bazar ertəsi günortadan sonra davam etdirilməli idi.

Hollandiyanın baş naziri Mark Rutte danışıqlarda irəliləyiş olduğunu deyib. Avstriya kansleri Sebastian Kurz isə danışıqların sərt keçməsinə baxmayaraq, "bugünkü nəticədən məmnun ola bilərik" deyib.

Son bir neçə gündür 5 zəngin ölkə - Avstriya, Danimarka, Finlandiya, Hollandiya və İsveçlə Almaniya və Fransadan yardım alan və virusun ən ağır təsirinə məruz qalan cənub ölkələri arasında parçalanma yaranıb.

Şimal ölkələr ayrılacaq maddi yardıma ciddi nəzarət tətbiq edilməsini, İtaliya və İspaniya kimi ölkələr isə bu cəhdlərin minimalladırılmasını tələb edir.

Avropa Birliyi ölkələrində COVID-19-dan 135 min ölüm halı qeydə alınıb. Dünyada bu pandemiyadan ölənlərin sayı ən çox İtaliya, Fransa və İspaniyanın payına düşüb.

Virusun yayılmasının qarşısını almaq üçün bir çox ölkənin həyata keçirdiyi məhdudiyyətlər Avropa Birliyinin iqtisadiyyatına ciddi ziyan vurub. İqtisadçılar bu il 8.3 faiz azalma proqnozlaşdırıb.

XS
SM
MD
LG