Accessibility links

Avropa Birliyi Trampın səyahətə qadağa planını rədd edib


Avropa Birliyi ABŞ prezidenti Donald Trampın elan etdiyi koronavirusa görə səyahət qadağası barədəki yeni qərarının "birtərəfli" və "məsləhətləşmədən" olduğunu deyərək, qüvvədə olmadığını bildirib.

Avropa Birliyi Şurasının prezidenti Çarlz Mişel və Avropa Komissiyasının sədri Ursula Von der Leyenin birgə bəyanatında koronavirus pandemiyasının "bütün qitələrdə məhdudlaşmadan qlobal böhran olduğu və birtərəfli addım atmaq əvəzinə əməkdaşlıq" tələb etdiyi deyilib.

"Avropa Birliyi ABŞ-ın birtərəfli və məsləhətləşmədən aldığı vəziyyəti yaxşılaşdıracaq səyahət qadağası qərarını rədd edir" - deyə, bəyanatda bildirilib.

İtaliyanın tamamilə bağlanması və digər tədbirləri nəzərə alaraq, Von der Leyen və Mişel Trampın Avropa Birliyinin xəstəliklə mübarizədə kifayət qədər iş görmədiyi firkini də rədd edib.

Bəyanatda "Avropa Birliyi virusun yayılmasını məhdudlaşdırmaq üçün güclü tədbirlər görür" - deyə, bildirilib.

ABŞ prezidenti Donald Tramp çərşənbə günü axşam Amerika xalqına müraciətində yeni iqtisadi tədbirləri və Avropadan səfərlərin təxirə salındığını elan edib.

Tramp qlobal maliyyə bazarlarında təlatüm yaradan və amerikalıların gündəlik həyatını pozan pandemiyanın iqtisadi təsirlərinin azaldılması üçün atılan addımları açıqladı və Avropadan ABŞ-a cümə günündən etibarən səfərlərin 30 gün müddətinə dayandırılacağını bildirdi.

Tramp bütün Avropa səyahətlərinin dayandırılacağını desə də, ABŞ Milli Təhlükəsizlik Nazirliyinin rəsmiləri yeni məhdudiyyətlərin yalnız Avropanın azad səyahət pasportlarına malik olanların ABŞ-a gəlməzdən 14 gün əvvəl səyahətdə olmuş insanlara şamil ediləcəyini deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG