BMT-nin baş katibi Ban Ki-Mun dünya liderlərini Avropanın miqrant böhranına cəsarətlə və yaradıcı yanaşmağa çağırıb.
Ölkələrin miqrant böhranı ilə bağlı ortaq fikrə gəlməsi çətin olub. Onlar Avropaya keçmək istəyən qaçqınlara hansı güzəştlərin verilməsində ziddiyyətli baxışlara malikdirlər.
Dünyanın yeddi qabaqcıl sənayeləşmiş ölkəsi Körfəz ölkələrilə birlikdə 1.8 milyard dollar yardımı miqrant böhranına kömək məqsədilə BMT yardım təşkilatlarına verəcəklərinə söz verib.
Yaponiya 810 milyon dollar verəcəyini elan edib. Lakin Almaniyanın xarici işlər naziri bildirib ki, beynəlxalq ictimaiyyət daha çox iş görə bilər.
Miqrantlara ilk qapılarını açan bəzi Avropa ölkələri sərhədlərini artıq bağlayıb və viza qanunları tətbiq ediblər.
Macarıstan Serbiya ilə sərhədinə tikanlı məftillər yerləşdirib.
Avropa Ticarət İttifaqı Konfederasiyasının nümayəndələri Parisdə görüş zamanı miqrant böhranına dair əməkdaşlıq etmək istəməyən ölkələri sərt şəkildə tənqid edib.