Accessibility links

Bolqarıstanda nümayişçilər parlament binasını mühasirəyə alıb [Fotoqalereya]


Polis Bolqarıstan paytaxtında hökümət əleyhdarı nümayişçiləri tərəfindən mühasirəyə alınan parlament binasını azad edərək, səkkiz saatdan çox müddət ərzində binanın içərisində olan 100-dən çox millət vəkilini, nazirlər və jurnalistlərin təhlükəsizliyini təmin edib.

İğtişaş polisi etirazçıları geri itələyərək, parlament binasında ilişin qalmış vəziyyətdə qalan insanları xilas edib.

Nümayişçilər etirazların 40 gün davam etdiriləcəyini bildirib. Onlar sol meylli məclisin istefasını tələb edirlər.

Etirazçılar tullantılardan istifadə edərək parlament binasının yaxınlığında yerləşən Aleksandr Nevski Kafedralı ətrafında barrikadalar qurublar.

Millət vəkillərini xilas etmək cəhdi polislə nümayişçilər arasında toqquşmaya səbəb olub. İki polis və yeddi nümayişçi hadisə zamanı yaralanıb.

Sosialist yönümlü hökümət may ayında nümayişlər nətucəsində kabinetin istefasından sonra erkən seçkilər yolu ilə hakimiyyətə gəlib.
XS
SM
MD
LG