Accessibility links

Britaniyada Avropa İttifaqında qalıb-qalmamaqla bağlı referendum keçirilir


Britaniyada tarixi səsvermə ölkənin Avropa İttifaqında qalıb qalmayacağını müəyyən edəcək.

Seçicilər səsvermə məntəqələrinə getdiyi bir vaxt, ictimai sorğular hər iki tərəfdən seçicilərin sayının bərabər olduğunu göstərib.

İki aydır davam edən kampaniya əsasən mühacirət məsələsi üzərində qurulub. 2000-ci ildən bəri mühacirlərin sayının iki qat artığı Britaniya vətəndaşları arasında mühacirət məsələsi ilə bağıə fikir ayrılığı mövcuddur. Avropa İttifaqından ayrılmanı dəstəkləyənlər Britaniyanın sərhədlərinin nəzarətini Avropanın qüdrətli ölkələrinə həvalə etdiyini bildirir.

Baş Nazir Deyvid Kameron Britaniyanın Avropa Birliyində qalmasına çağırır. Kameron və birlikdən ayrılmanın digər əleyhdarları bildirib ki, 28 ölkədən ibarət blokdan çıxmaq Britaniyanın iqtisadiyyatına çox ciddi zərər vura bilər.

Rəy sorğuları birlikdən çıxma kampaniyasına dəstəyin iyun ayının 16-ı Avropa Birliyindən çıxmanın əlehdarı olan qanunverici Co Koksun qətlindən sonra azalmağa başladığını göstərir.

Eksperlətin bildirdiynə görə, əgər seçicilər Avropa İttifaqından çıxmağa səs versə Kameron mandatını itirəcək və bundan sonra onun istefa verməkdən başqa seçimi olmayacaq. Britaniya lideri indiyədək istefa verməyəcəyini bildirib.

XS
SM
MD
LG