Accessibility links

Avropa İttifaqına üzv ölkələrin dövlət başçıları Brüsseldə yığıncaq keçirir


Avropa İttifaqına üzv ölkələrin dövlət başçıları Brüsseldə ikigünlük yığıncaq keçirir.

Görüş zamanı Avropa Komissiyasının rəhbəri təyin edilib.

Lüksemburqun sabiq baş naziri Jan Klod Cunkerin komissiyaya sədr seçilib.

Lakin Britaniyanın baş naziri Devid Kameron onun namizədliyini rədd edib. O, Cunkerin quruma rəhbərlik etmək üçün düzgün şəxs və islahatlar üçün təcrübəyə malik olmadığını deyib.

Qurumun yığıncağında Ukrayna, Moldova və Gürcüstan Avropa İttifaqı ilə assosiaiya sazişini imzalayıb.

XS
SM
MD
LG