Accessibility links

Avropa Hava Yolları vulkan tozunun hava nəqliyyatına yenidən maneələr törətdiyini deyir


İrlandiyanın şimal bölgələri və Mən adasındakı aeroportlar bağlanıb

Britaniya və İrlandiyanın aviasiya rəsmiləri İslandiyadan gələn vulkan tozunun regionda hava nəqliyyatına maneələr törədə biləcəyini deyirlər. Britaniya Hava Nəqliyyatı İdarəsinin bildirdiyinə görə, bu gün əsasən şimal bölgələrdə, Mançester, Liverpul və Şotlandiya da daxil edilməklə, bəzi regionlarda aeroportlar bağlana bilər. London hava limanlarının açıq olduğu bildirilir. İrlandiyanın şimal bölgələri və Mən adasındakı aeroportlar artıq bağlanıb. İrlandiyanın Hava Yolları rəsmiləri Dublin və Şennon aeroportlarının bu gün gecəyə qədər açıq olacaqlarını bildirmişlər. Keçən həftə İslandiyada vulkanın püskürməsindən sonra Avropada uçuşların ləğv edilməsi nəticəsində avia-şirkətlərinin iki milyard dollardan çox pul itirdiyi deyilir.

XS
SM
MD
LG