Accessibility links

Soyuq hava şəraiti Avropanı iflic hala salıb


Britaniyada yollar və hava limanları ağır qar altındadır. Qladou və Edinburq hava limanları tamamilə bağlanıb, Heatrou aeroportunda çoxsaylı uçuş təxirə salınıb.

Yüzlərlə sürücü Şotlandiya yollarında ilişib qalıb. Rəsmilər qeyri-təcili işi olmayan hər kəsi yollara çıxmamağa çağırıb.

İngiltərənin ucqar bölgərində qarın hündürlüyü 60 santimetrə qədərdir.

Genevrədə hava limanları qismən fəaliyyətə başlayıb

İsveçrənin Cenevrə şəhərində hava limanı bir neçə saat fəaliyyətini dayandırdıqdan sonra yenidən açılıb. Buna kəsici soyuq hava şəraiti, buzlu yağış və külək səbəb olub. Aeroport Cenevrədən 40, Cenevrəyə isə onlarla uçuşun təxirə salındığını bildirib.

Sibirdən gələn hava sistemini sinoptiklər “şərqdən gələn vəhşi heyvan” adlandırır. Hava şəraiti özü ilə güclü küləklər və çovğun gətirərək, Avropanın bir çox hisssini iflic vəziyyətə salıb.

Avropada ölüm halları

Qeyri-adi soyuq hava şəraiti səbəbilə bir neçə insan həyatını itirib. Onlar arasında 60 yaşlarında olan şəxsin cəsədi Londondakı göldə aşkar edilib.

Bu gün üçün buzlu yağış və ildırım proqnozlaşdırılıb.

XS
SM
MD
LG