Accessibility links

Yunanıstan maliyyə naziri büdcə planını parlamentə təqdim edir


Yannis Stournaras kreditorlarla görüş keçirməlidir

Yunanıstanın maliyyə naziri parlamentə təqdim etmək üçün qənaət tədbirlərinin son mərhələsini hazırlayıb və yeni yardım fondlarının təminat altına alınması məqsədi ilə kreditorlarla görüş keçirilməlidir.

Yannis Stournaras bazar ertəsi qənaət tədbirlərini və 2013-cü il üçün nəzərdə tutulan büdcəni parlamentə təqdim edəcək.

Onun Beynəlxalq Valyuta Fondu, Avropa Mərkəzi Bankı və Avropa İttifaqının rəsmiləri ilə görüşləri nəzərdə tutulur. Bu görüşlərdə o, iqtisadi xilas paketini almadan öncə 17 milyard dollarlıq büdcə ixtisarlarını təsdiqlətməlidir.

Eyni zamanda, Avropa İttifaqının işsizlik statistikasına görə, keçən il Avropanın digər dövlətləri ilə müqayisədə Yunanıstanda işsizlik səviyyəsi daha da çox yüksəlib.

Avropa İttifaqında 25 milyondan çox insanın işsiz olması ilə statistik məlumatlar bir daha qitədə işsizliyin baş alıb getdiyini təsdiqləyir.
XS
SM
MD
LG