Accessibility links

Avropa İttifaqı mətbuat azadlığının təhlükə altında olduğundan narahatdır [Video]


Avropa İttifaqı mətbuat azadlığının təhlükə altında olduğundan narahatdır
please wait

No media source currently available

0:00 0:03:03 0:00

İki həftə öncə bir jurnalist və onun nişanlısının qətlindən sonra minlərlə etirazçı Slovakiya şəhərlərinin küçələrinə axışıb. Bir çox nümayişçi yeni seçkilərin keçirilməsinə çağırıb. Bu qətl Slovakiya və Avropanı sarsıdıb. Orada son aylarda bir ençə jurnalistlərə qarşı hücumlardan sonra mətbuat azadlığı və jurnalistlərin təhlükəsizliyi ilə bağlı narahatlıq artır.

Slovakiyalı jurnalist Yan Kuçiak və onun nişanlısı Martina Kusnirovanın qətlindən iki həftə sonra ictimai qəzəb hələ də azalmayıb.

Jurnalist və onun nişanlısının qətlindən sonra baş verənlər ölkədə sabitliyini tamamilə pozmağa cəhd olunduğunun göstəricisidir.
Robert Fiko

“Hökümət istefa verməlidir. Aydındır ki, onlar bir arada olub, hakimiyətdəki vəzifələrini saxlamaq istəyirlər,” deyə etirazçı Miroslava Spustova bildirib.

Kuçiak aralarında hakim Smer partiyasına yaxın insanların da olduğu Slovakiyanın biznes və siyasətçiləri arasında saxtakarlıq halları barədə yazmışdı. O, korrupsiyanın İtaliyanın Ndrangeta mafia qrupu ilə əlaqəsinin olduğunu qeyd etmişdi.

Etirazçılar deyir ki, onun qətli Slovakiya siyasətində dönüş nöqtəsi olmalıdır. Prezident yeni seçkilərin keçirilməsinə çağırsa da, baş nazir Robert Fiko bunu etməyə həvəssiz görsənir.

“Jurnalist və onun nişanlısının qətlindən sonra baş verənlər ölkədə sabitliyini tamamilə pozmağa cəhd olunduğunun göstəricisidir,” Fiko deyib.

Fiko qatilləri tapmağa yardım edən şəxsə bir milyon avro mükafat verəcəyini deyib.

Daha sonra o, xarici ölkələrdə də Slovakiya hökümətinə qarşı etirazların təşkil oldunduğunu deyərək, xüsusilə də amerikalı milyarder investor Corc Sorosun adını qeyd edib. Onun Polşa və Macarıstandakı populist həmkarları da bu ittihamları dəstəkləyib. Soros isə iddiaları rədd edir.

Bu həftə Avropa İttifaqı qanunvericilərindən ibarət nümayəndə heyəti qətllə bağlı məlumat toplamaq üçün Slovakiyaya səfər edib.

Avropa İttifaqı oradakı mətbuat azadlığı ilə bağlı narahatlığını ifadə edib. Fəallar deyir ki, ölkədə məhdudiyyətlər və təhlükələr artır.

“Türkiyə və Rusiyadakı avtoritar hökümətlər bura, Slovakiya, Çex Respublikası, Bolqarıstan və keçmiş Yuqoslaviya ölklərinə yayılır. Cexiyada prezident ictimai şəkildə saxta Kalaşnikovu göstərərək, onun jurnalistlər üçün nəzərdə tutulduğunu deyib. Biz bütün bu ölkələrdə hər gün zorakılıq, müdafiə çatışmazlığına və dövlətin ədavətinə şahid oluruq,” deyə Avropa Jurnalistləri Assosiasiyasının vitse-prezidenti Vilyam Horsli bildirib.

Oktyabr ayında maltalı jurnalist Dafne Karuana Qalizia maşınına yerlədirilmiş bombanın partlaması nəticəsində qətlə yetirilmişdi. O da korrupsiya hallarını araşdırırdı və buna görə dəfələrlə, baş nazir də daxil olmaqla, bir çoxları tərəfindən böhran ittihamları ilə məhkəməyə verilmişdi. Qalizianın qətli ilə əlaqəli olaraq üç şübhəli şəxsə qarşı ittiham irəli sürülüb.

Slovakiyada etiraz
Slovakiyada etiraz

“Qanun qərəzlidir. Siyasi mühit elədir ki, oliqarx qruplar mediaya nəzarət edir. Ən əsası isə, firkimcə, ədliyyənin müsətqilliyi və qanunda qorunma anlayışına xələl gətirilib. Belə ki, jurnalistlərə qarşı hücum ediləndə və ya onlar qətlə yetiriləndə, bunu edən şəxslər cəzalandırılmır,” Horsli söyləyib.

Jurnalistikaya nəzarət edən Sərhədsiz Reportyorlar təşkilatı xəbərdarlıq edib ki, Avropanın bəzi hissələrində azad media və demokratiya təhlükə altındadır.

XS
SM
MD
LG