Accessibility links

Avropa İttifaqı miqrantların Yunanıstana qaytarılması prosesinə başlayır


Avropa İttifaqı ölkələri son beş ayda Avropaya Yunanıstandan gələn miqrantların sığınacaq haqda ərizələrinə baxılması üçün onların Yunanıstana qaytarılması prosesinə başlayır.

Avropa İttifaqının qaydalarına əsasən, miqrantlar daxil olduqları ilk ölkədə sığınacaq haqda müraciət etməlidir. Lakin bu qaydalar 2015-ci ildə yüz minlərlə qaçqının Yunanıstana daxil olmasından sonra təxirə salınmışdı. Yunanıstana gələn qaçqınların böyük əkəriyyətini suriyalılar təşkil edir.

Avropa Komissiyası bidirib ki, Avropa İttifaqına daxil olan bir sıra ölkələr miqrantarın geri qaytarılması ilə bağlı Yunanıstana müraciət edib. Lakin Afina miqrantların yerləşdirilməsi üçün adekvat obyektlərin olduğuna dair qarantiyalar verməlidir.

Avropa Komissiyasının sözçüsü Tov Ernest deyib ki, sığınacaq haqda qanunlar yeindən dekabr ayında təkrar qüvvəyə minib. Onun sözlərinə görə, bu, prosesin “bütünlüklə deyil, tədricən bərpası”dır.

Yunanıstanın sığınacaq xidmətinin bildirdiyinə görə, 400 mindən çox miqrantın qaytarılması ilə bağlı müraciət qəbul edilib.

XS
SM
MD
LG