Accessibility links

Avropa İttifaqı Rusiyanın Mərkəzi Seçki Komissiyasını Navalnını qeydiyyatdan keçirmədiyinə görə tənqid edib


Aleksey Navalnı sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim edən zaman, Moskva, 25 dekabr 2017.

Avropa İttifaqı Rusiyanın Mərkəzi Seçki Komissiyasının müxalif siyasətçi Aleksey Navalnını prezidentiyə namizəd kimi qeydiyyatdan keçirməməsinin Rusiyada seçkilərin demokratikliyi şübhə altına aldığını bildirib. Bu haqda Avropa İttifaqının xarici siyasət şöbəsinin sözçüsü Maya Kosiyançiçin açıqladığı bəyanatda bildirilir.

Sənəddə 2013-cü ildə Avropa İnsan Haqları Məhkəməsinin Navalnının Rusiyada ədalətli məhakimə olunması hüququnun pozulduğunu tanıdığı qeyd edilir. Brüssel müxalif siyasətçinin “Kirovles” işi üzrə ittihamlarını siyasi motivli adlandırır. Avropa İttifaqı bu kimi ittihamların siyasi fəaliyyətdən kənarlaşdırılmaq üçün istifadə olunmamalı olduğunu hesab edir.

Rusiya Mərkəzi Seçki Komissiyası bazar ertəsi Navalnının 2018-ci ilin mart ayında keçiriləcək prezident seçkilərində iştirak etmək üçün namizədliyini qeydiyyata almayıb. MSK bu qərarı müxalif siyasətçinin öncəki məhkumluğu ilə əsaslandırıb. Lakin tərəfdarları Navalnıya qarşı çıxarılan qərarın siyasi motivli olduğunu bildirirlər.

Navalnı Rusiyada iki dəfə “Kiroles” işi üzrə məhkum olunub. Mərkəzi Seçki Komissyasının sədri Ella Pamfilova bildirib ki, məhz buna görə müxalifətçi 2018-ci ildə prezidentliyə namizəd kimi iştirak edə bilməz. Navalnı namizədliyini irəli sürməsinin qanuni olduğunu bildirib.

Navalnı deyib ki, onun komandası bundan sonra prezident seçkilərinin boykot edilməsi kampaniyası aparacaq.

XS
SM
MD
LG