Accessibility links

Avropa İttifaqı miqrant böhranının həlli ilə bağlı Afrika üçün 2 milyard dollar yardım ayırıb


Avropa İttifaqı və Afrika liderləri Maltada miqrant sammitində
Avropa İttifaqı və Afrika liderləri Maltada miqrant sammitində

Avropa İttifaqı Aralıq dənizi vasitəsilə Avropaya miqrasiyanın əsas səbəbləri olan yoxsulluq və münaqişələrə qarşı mübarizə məqsədilə 2 milyard dollar məbləğində yardım paketini təsdiq edib.

Avropa İttifaqı bildirib ki, bu maliyyə iqtisadi və bərabər imkanların yaradılması, təhlükəsizlik və inkişaf məsələlərinə yönəldiləcək.

Blok miqrasiya böhranının Şengen zonasında pasportsuz səfərlər qarşısında maneə yaradacağından ehtiyat edir.

Malta sammitində danışan Avropa Şurasının prezidenti Donald Task Almaniya, İsveç, Sloveniya və Avropa İttifaqının baş ölkələrinin miqrant böhranının sərhədlərdə təhlükəsizliyə hədə törədə bilməsindən ehtiyat edərək, atdığı addımları qeyd edib.

Şengen zonasına 30 ölkə daxildir, onların bəzisi Avropa İttifaqının üzvü deyil.

Britaniyanın Daxili İşlər naziri Teresa Mey deyib ki, Avropada miqrant böhranının miqranlatın Avropadan Afrikaya qayıtması üçün imkanların yaradılması yolu həll edilməlidir.

Afrika və Avropa İttifaqı ölkələrinin 60-dan çox liderinin iştirakı ilə keçən miqrant böhranına dair sammitdə danışan Teresa Mey müxbirlərə bildirib ki, bu işin bir hissəsi miqrantlara onların səfərlərində kömək edən kriminal elementlərə qarşı mübarizəni nəzərdə tutur.

O, Avropa İttifaqının sammitində Afrika və Avropa ölkələrinin liderləri arasında konstruktiv müzakirələrin aparıldığını bildirib.

Avropa İttifaqı liderləri sammitdə nmiqrant böhranının həlli səylərinə dəstək məqsədilə 2 milyard dollarlıq yardım paketinin ayrılmasına dair sənəd imzalayıb. Teresa Mey bildirib ki, Britaniya 300 milyon dollar ayrılmasına söz verib.

Zirvə görüşündə insanların yaşadıqları yerləri tərk etməsinin əsas səbəbləri, qanuni miqrasiya yollarının yaradılması, miqranatların müdafiəsi, insan alverilə məşğul olanlara qarşı mübarizə yolları və Afrika ölkələri ilə sığınacaq almayıb geri qaytarılmış insanlarla bağlı əməkdaşlığın yaxşılaşdırılması məsələləri müzakirə edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG