Accessibility links

Avropa İttifaqı müsəlman ölkələri ilə anti-teror layihələrinə başlayır


Avropa İttifaqı müsəlman ölkələri ilə yeni anti-teror layihələrinə başlayaraq, Fransada Charli Hebdo dərgisinə hücum və Belçikada qarşıdurmalardan sonra kəşfiyyat məlumatlarının bölüşdürülməsini artırır.

Avropa İttifaqının xarici işlər nazirləri bazar ertəsi günü Brüsseldə Ərəb Liqasının baş katibi Nabil Elarabi ilə görüşüb. Görüşdən sonra Avropa İttifaqının xarici işlər şöbəsinin rəhbəri Federika Mogerini deyib ki, qurum şübhəli terrorçular və mümkün hücumlarla bağlı Ərəb dünyasının, Afrika və Asiyanın bir sıra ölkələri ilə məlumatları bölüşəcək.

Britaniyanın Xarici İşlər naziri Filip Hammond Avrop ölkələrinin qitənin təhlükəsizliyinin təmin edilməsi üçün işləməyə hazır olduğunu deyib. Onun sözlərinə görə, rəsmilər potensial terrorçuların izinə düşmək üçün daha effektiv yolların tapılmasına çalışır.

XS
SM
MD
LG