Aprelin 25-də Bakıda Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında yeni saziş üzrə danışıqlar başlayır. Bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyindən bildirilib.
Danışıqların başlanması üçün “Şərq tərəfdaşlığı” məsələləri, Rusiya və Mərkəzi Asiya ilə əməkdaşlıq üzrə direktor Lyuk Devin Bakıya gələcək. O, Azərbaycan Xarici İşlər Nazirliyində görüşlər keçirəcək.