Accessibility links

İqtisadiyyatı zəngin ölkələr daha imkansız ölkələrdən yardım istəyir


Korinavirusun sürətlə artdığı və xəstəxanalarda çarpayılara ehtiyac duyulduğu Avropa ölkələri müvəqqəti xəstəxanalar inşa edir, yardım üçün işə insanlar qəbul edir və xəstəxanalarda yer olmadığı üçün xəstələri yüksək sürətli qatarlar və hərbi təyyarələrlə başqa şəhərlərə göndərir. Əsas sual isə budur - işə götürmək üçün kifayət qədər sağlam tibbi heyət tapa biləcəklərmi?

Virusun ən çox yayıldığı İtaliyada və ilk dəfə meydana gəldiyi Çində zəifləməsinə baxmayaraq, İspaniya və Fransada kritik vəziyyət yaranıb. ABŞ və İngiltərə qarşıdan gələn virus dalğasına hazırlaşır.

"Özümüzü üçüncü dünya ölkəsindəki kimi hiss edirik. Kifayət qədər maska, qoruyucu vasitələrimiz yoxdur və həftənin sonuna qədər daha çox dərmana ehtiyacımız ola bilər" - deyə, Parisin təcili yardım işçisi Kristof Prudom bildirir.

Hazırda elə bir dönüş yaranıb ki, virusun sürətlə yayıldığı iqtisadiyyatı zəngin ölkələr daha imkansız ölkələrdən yardım istəyir. Rusiya çərşənbə günü ABŞ-a tibbi avadanlıq və maskalar göndərib. Kuba həkimlərini yardım üçün Fransaya göndərib. Türkiyə İtaliya və İspaniyaya maska, xüsusi kostyumlar, eynək və dezinfeksiyaedici maddələrlə dolu təyyarə göndərib.

Britaniya xəstəxanalarında çarpayıların ağır xəstələr üçün boşalması və daha yüngül xəstələrin qəbulu üçün böyük bir konfrans mərkəzində 4000 yataqlı müvəqqəti xəstəxana açacaq. Lakin minlərlə tibb işçisinin oraya cəlb olunması ilə bağlı narahatlıqlar var.

Çərşənbə axşamı Milanın yarmarkalarının birində reanimasiya və radiologiya bölmələri olan 200 çarpayılıq xəstəxana açılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG