Avropa Şurasının prezidenti biznes məqsədilə gələn miqrantlara pullarını və həyatlarını təhlükəyə atdıqları barədə xəbərdarlıq edib və Avropaya gəlməməyi məsləhət görüb. Şura qaçqın böhranının həlli üçün 766 milyon dollarlıq yardım paketi hazırlandığını bildirib.
Hər gün yüzlərlə qaçqın Yunanıstandan keçərək, Makedoniya sərhədinə üz tutur və onların sayı hər saat artır.
Avropa Şurasının prezidenti Donald Task Yunanıstanın baş naziri Alrksis Tsiprasla görüşmək üçün cümə axşamı Afinaya gedib və Avropaya səfər etməyi düşünən potensial miqrantlara sərt xəbərtdarlıq edib. “Mən haradan olmalarından asılı olmayaraq, qeyri-qanuni, potensial miqrantlara müraciət edirəm, Avropaya gəlməyin! Qaçaqmalçılara inanmayın! Həyatınızi və pulunuzu riskə atmağa dəyməz! İstər Yunanıstan, istərsə də Avropanın digər ölkəsi tranzit ölkə olaraq qalacaq.”
Lakin BMT-nin hesablamalarına görə, İraq və Suriya müharibəsindən qaçanların yarısından çoxu biznes üçün gələnlər deyil, qanuni qaçqınlardır. “Legitim qaçqınlarla iqtisadi qaçqınları bir-birindən ayırmaq çox çətindir. Avropa Şurası və Yunanıstanın resurslarının tükənməsi də məhz bu fərdin müəyyən edilməməsi səbəbindəndir"- deyə, Avropa İslahatları Mərkəzindən İan Bond bildirir
Balkanlar və Avstriyanın sərhədlərində nəzarəti gücləndirməsi Yunanıstana keçmək istəyən qaçqınların qarşısını bir az ala bildi. “Mən bunun qəzəbə səbəb olduğunu düşünürəm. Günlərdir yorğun-arğın gözləyən ailələrə, uşaqlara, qadınlara belə görünür ki, icazə verilməyəcək. Bu da bizi narahat edir” deyə, BMT Qaçqınlar üzrə Baş Komissrlığından Barbar Baloç bildirir.
Suriyalıların çoxu evlərini hökumət və onun müttəfiqi Rusiyanın bombardmanlarından qaçdıqlarını deyir. NATO-nun Avropadakı baş komandanı, Birləşmiş Ştatlar generalı Filip Bridlov Moskvanın qaçqın böhranını daha da dərinləşdirdiyini deyib.
“Rusiyanın qaçqın böhranını artırmaqla Avropanı parçalamağa çalışdığı açıq-aydındır” deyə, Avropa İslahatları Mərkəzindən İan Bond bildirir.
Cümə axşamı keçirilən yığıncaq zamanı Fransa və Britaniya Suriyada mülki vətəndaşlara qarşı hücumlara son qoyulması ilə bağlı Moskvaya təzyiqlər göstərəcəklərini deyiblər.