Accessibility links

BMT Avropanın humanitar böhrana yaxın olduğunu bildirib


BMT qaçqın axınının davam etdiyi bir vaxt sərhədlərdə məhdudiyyətlərin qoyulması və hökumətlərin birgə çalışmaması səbəbindən Avropanın "özünün yaratdığı" humanitar böhrana yaxın olduğu barədə xəbərdarlıq edib.

BMT-nin Qaçqınlar Agentliyinin sözçüsü Adrian Edvardsın dediyinə görə, bu il Aralıq dənizi ilə Avropaya 130 000-dən çox qaçqın keçib. Onların çoxu Yunanıstana yetişib.

Makedoniya polisi sərhədi keçməyə çalışan qaçqınlara qarşı gözyaşardıcı qazdan istifadə edib
Makedoniya polisi sərhədi keçməyə çalışan qaçqınlara qarşı gözyaşardıcı qazdan istifadə edib

Təxminən 24 min qaçqın və miqrantın Yunanıstanda sığınacağa ehtiyacı var, 8500 qaçqın isə Makedoniya ilə sərhəddə gözləyir.

Makedoniya polisi bazar ertəsi Yunanıstan sərhədini keçməyə çalışan qaçqınları geri oturtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Bu, sərhədi keçən insan axınına nəzarət etməyə çalışan hökumətlərlə Avropadan digər ölkələrə keçmək istəyən qaçqınlar arasında baş verən qarşıdurmalardan biri idi.

BMT-nin Qaçqınlar Üzrə Agentliyi fəlakətin qarşısının tez bir zamanda alınması üçün Yunanıstana və Balkan ölkələrinə tez zamanda fəaliyyət göstərmələrinə dair müraciət edib.

XS
SM
MD
LG