Accessibility links

Avropa ölkələri 100 min miqrantın yerləşdirilməsi planını müzakirə edir


Macarıstan sərhəddə polad məftillər quraşdırıb

Avropa İttifaqının daxili işlər nazirləri 100 mindən çox miqrantı üzv ölkələr arasında bölüşdürmək planını müzakirə etmək məqsədilə görüş keçirir.

Avropa Parlamenti bu planı ötən həftə qəbul edib, ancaq bəzi şərqi Avropa ölkələri buna əməl etməyəcəklərini bildirib.

Macarıstan əsgərləri qonşu Xorvatya ilə sərhədi gücləndirmək üçün inşa olunan hasar üzərində polad məftillər quraşdırıb.

Bazar ertəsi Macarıstan parlamenti ordunun ölkəyə qanunsuz şəkildə daxil olan miqrantlara qarşı güc tətbiq etməyə icazə verib.

Ölkə Serbiya ilə sərhədini bağlayıb. İndi isə əsgərlər rezin güllə, bibər qazı və tordan istifadə edə bilər.

Əsgərlər həmçinin evlərdə qanunsuz mühacirləri tampaq məqsədilə axtarışlar apara və sərhəd keçidlərində miqrantların ölkəyə daxil olmasının qarşısını ala bilərlər.

Bazar ertəsi Beremend və Sarok sərhəd şəhərlərində hasarların inşası davam etdirilib polad məftillər quraşdırılıb.

Macarıstanın sağçı baş naziri Viktor Orban parlamentdə bu sözlərlə çıxış edib: “Miqrantlar bizim üstümüzə gəlir. Onlar təkcə qapını döymürlər, onlar qapını sındırıb üstümüzdən keçir.”

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG