Accessibility links

JHMK Twitter-də Azərbaycanda həbsdə olan jurnalistlərin müdafiəsi üzrə kampaniya keçirir


Jurnalistlərin müdafiəsi kampaniyası
Jurnalistlərin müdafiəsi kampaniyası

ABŞ-da yerləşən Jurnalistlərin Hüquqlarını Müdafiə Komitəsi (JHMK) iyunun 12-də Bakıda başlyacaq Avropa Oyunları ilə bağlı Twitter-də həbsdə olan jurnalistlərin müdafiəsi üzrə kampaniya keçirməyə çağırıb.

“Sabah dünyanın 50 ölkəsi Bakıda keçiriləcәk ilk Avropa Oyunlarının açılış mərasimindә iştirak etməyә hazırlaşır, lakin Azəәrbaycanın ən qabaqcıl jurnalisti Xədicә İsmayılova bu şənliklərdә iştirak edə bilməyəcәk. Mükafatlara layiq görülmüş araşdırmaçı jurnalist korrupsiya hallarını işıqlandırdığına görә ona qarşı irәli sürülmüş uydurma ittihamlar səbәbindən dekabrdan həbsdədir”, - JHMK proqramlarının koordinatoru Nina Oqnyanovanın məqaləsində deyilir.

Olkənin media azadlığı sahəsindəki aparıcı hüquq müdafiəçisi Emin Huseynov da mini-Olimpiya oyunları kimi qələmə veriləәn bu şənlikdə iştirak etməyəcәk. Azərbaycanda jurnalistlər və insan haqları qruplarına qarşı həyata kecirilən həbsetmə kampaniyası nəticəsində həbs edilməsindən narahatlıq keçirən Reportyorların Azadlığı və Təhlukəsizliyi İnstitutunun direktoru ötən ilin avqustundan İsvecrə səfirliyində gizlənir.

X.Ismayılova və E.Huseynovun taleyi Azərbaycanda tanınmış jurnalistlərin üzləşdikləәri risklərə əyani sübutdur. Azərbaycan Avropa və Orta Asiya olkələri arasında jurnalistlər və hüquq mudafiəcilərinin ən cox həbs olunduğu olkədir.

İyunun 12-28-də Bakıda keciriləcək Avropa Oyunlarını 1300-ə yaxın beynəlxalq jurnalist işıqlandıracaq. Mәtbuat orqanlarının həmin qapalı və ciddi senzura şәraitində yaşayan bu olkəni araşdırmaq ucun unikal imkanı olacaq.

Səkkiz mustəqil jurnalist Azəәrbaycan hokumətini tənqid etdiyinə görə həbsdədir.

Azərbaycan senzuranın qətiliyinə görə dünyada beşinci yeri tutur və İran vә Cini geridə qoyur.

Onlarla müstəqil jurnalist, fəal, hüquq müdafiəçisi, o cümlədən İdrak Abbasov öz peşə fəaliyyətinə görə təqib, hədə və fiziki zorakılıqdan sonra xaricə getmәyә məcbur olub.

Avropa Oyunlarını qəbul edən ölkə Oyunların müxtəlif KİV tərəfindən işıqlandırılmasını təmin etməlidir. Lakin, Azərbaycan Xarici İşlәr Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev aprel ayında bildirib ki, Oyunları işıqlandırmaq ucun verilmiş akreditə “Azәrbaycanın ərazi bütövluyu, müstəqilliyi vә suverenliyi əleyhinə çıxış” kimi qiymətləndirilәn hər hansı hәrəkətlәrə görə lәğv edilә bilər.

Olimpiya Xartiyasının şərtlərinə əsasən Oyunların işıqlandırılması ücün gәlən 1 300 xarici jurnalist Oyunların kecirildiyi olkәdә insan haqları vә mətbuat azadlığı daxil sosial, siyasi, iqtisadi və ekoloji vәziyyәti tәsvir etmәkdə azad olmalıdır.

Avropa Şurasının insan haqları komissarı Nils Muijnieks, ATƏT-in media azadlığı üzrə nümayәndәsi Dunya Miyatovic vә BMT-nin insan haqları mudafiәcilərinin vәziyyәti üzrə xüsusi mәruzәcisi Mişel Forst Oyunlarda iştirak edən idmançıları Azərbaycandakı repressiv şəraitlərә qarşı mövqe bildirmәyә cağırıblar.

Hökumətin yaratdığı reklam xarakterli #HelloBaku həştaq kampaniyasına cavab olaraq hüquq mudafiəciləri tәrәfindən #realBaku2015 həştaqı yaradılıb.

Facebook və Twitter vasitəsilә #realBaku2015 həştaqından istifadə edərәk Oyunlar ərәfәsində mətbuat azadlığı və insan haqlarının vәziyyәti haqda yeniliklәrlә tanış ola bilərsiniz.

N.Oqnyanova Jurnalistlərin Mudafiə Komitəsinin Xədicә İsmayılova kimi həbs edilmiş jurnalistlərin azadlığa buraxılmasına cağıran “Qandalları açılmış” mətbuat kampaniyasını dəstәkləməyə çağırır.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG