Accessibility links

Avropada populizmin yüksəlişi [Video]


Avropada populizmin yüksəlişi
please wait

No media source currently available

0:00 0:03:01 0:00

Avropada populizmin yüksəlişi

Avropa Birliyi qitənin böyük əksəriyyətini əhatə edən 28 dövlətin unikal iqtisadi və siyasi koalisiyasıdır. 510 milyon insanı birləşdirən bu birlik dünyanın ən nəhəng iqtisadiyyatıdır. Sahib olduğu nüfuza görə, Avropa Birliyi qlobal güc mərkəzi hesab edilir.

Qurumun təşəkkül tapmasında II Dünya Müharibəsinin ardınca Marşall Planından başlayaraq ABŞ-ın maliyyə və təhlükəsilik yardımı önəmli rol oynayıb. Bununla əslər boyu müharibələr məkanı olmuş qitə 70 illik fasiləsiz sülh və tərəqqi əldə edib.

“Avropa Birliyi ABŞ xarici siyasətinin ən böyük nailliyətidir.”

Volter Rassel Med ABŞ xarici siyasət sahəsində ixtisaslaşan ekspertdir.

“Sual versəniz ki, ABŞ dünyanı necə görmək istəyir, cavab Avropa Birliyi kimi qanunun aliliyinin, ölkələr arasında ticarət münasibətlərinin mövcud olduğu, vətəndaşların azad hərəkəti və insan hüquqlarının təmin edildiyi bir cəmiyyət olardı.”

“Sual versəniz ki, ABŞ dünyanı necə görmək istəyir, cavab Avropa Birliyi kimi qanunun aliliyinin, ölkələr arasında ticarət münasibətlərinin mövcud olduğu, vətəndaşların azad hərəkəti və insan hüquqlarının təmin edildiyi bir cəmiyyət olardı.”

Amma, ekspertin dediyinə görə, bugünkü Avropa Birliyinin ciddi problemləri mövcuddur.

“İstər miqrasiya böhranı, istər cənub sərhədlərinin mühafizəsi, istərsə də valyuta ilə bağlı problemlər… Avropa Birliyi işləmir. Əgər Avropa Birliyi problemlərinin həll edilməsi yollarını tapa bilməsə, böhran davam edəcək və parçalanmaya səbəb olacaq.”

Çarlz Kapçan bildirir ki, Avropanın cari problemlərinin səbəbi qlobalizasiyanın uğursuzluqlarıdır. Onun fikrincə, firavanlıq gətirsə də, qlobalizasiya zəngin dövlətlərdə gəlirlərin bərabərsizliyinin artmasına, demoqrafik və mədəni dəyişiklərin baş verməsinə təkan verdi.

“Britaniya, Fransa və İtaliya əhalisinin böyük kəsimi bu sistemin onlara xeyir verdiyini düşünmür. Onlar bunu durdurmaq istəyirlər.”

Kapçan deyir ki, liberal dəyərlərə və institutlara inamını itirmiş adi avropalılar cavab üçün qeyri-isteblişment siyasətçilərinə müraciət edirlər. Amma, cavablar qeyri-müəyyən olaraq qalmaqdadır.

“Avropanın bu təşəbbüsü uğursuzluğa müəssəl olsa, bütün dünyanı bir fundamental məsələ maraqlandıracaq. Dünya 21-ci əsrdə necə olacaq?”

“Suallardan biri, Liverpulda yaşayan britaniyalılar, Milan və Turində yaşayan italiyalalılar 2025-ci ildə normal maaş qazanmaları üçün nə etməlidirlər? Heç kimin buna cavabı yoxdur.”

Avropada populist ritorika davam etsə, qitədəki sabitlik təhlükə altındadır.

“Avropanın bu təşəbbüsü uğursuzluğa düçar olsa, bütün dünyanı bir fundamental məsələ maraqlandıracaq. Dünya 21-ci əsrdə necə olacaq?”

Medin sözlərinə görə, Avropa Birliyi elə zəifləyib ki, üzv ölkələrin birindəki seçkilər bütöv qurumun mövcudluğunu şübhə altına qoymaq gücündədir. Bu 10 il əvvəl mümkün deyildi.

XS
SM
MD
LG