Accessibility links

AŞ Nazirlər Komitəsi Azərbaycan hökumətinə qarşı prosedura start verdi


47 üzvlük Avropa Şurasının Nazirlər Komitəsi REAL hərəkatının lideri İlqar Məmmədovun şərtsiz azad edilməsi çağırışına riayət etmədiyinə görə Azərbaycana qarşı prosedur başladıb.

2010-ci ildə ilk prosedur zamanı komitə rəsmən məhkəməyə hökumətin bu işlə bağlı məhkəmənin qərarlarına təsirinin araşdırılmasını istəmişdi.

Avropa İnsan Haqları Məhkəməsi bu qənaətə gəlib ki, İlqar Məmmədova qarşı ölçülər onun susdurulması və cəzalandırılması məqsədi daşıyır.

2014-cü ilin may ayında məhkəmə İlqar Məmmədovun cinayət işlətdiyinə dair heç bir fakt ya dəlil, onun həbsi və məhkəmədən öncə həbsinə dair məlumat ələ edilmədiyi bildirib.

Məhkəmə belə bir qənaətə gəlib ki, bu ölçülər İlqar Məmmədovun susdurulması və cəzalandırılması mahiyyəti daşıyır.

Məhkəmə Avropa Konvensiyasının İnsan Haqları Konvensiyasının 5,6 və 18-ci maddələrinin pozulduğunu müəyyən edib.

2017-ci ilin noyabr ayınadək 18-ci maddənin beş dəfə pozulduğu qeydə alınıb.

İlqar Məmmədovdan başqa digər bütün müttəhimlər konvensiyaya əsasən azadlığa buraxılıb.

2014-cü ilin dekabr ayının 14-dən bəri Nazirlər Komitəsi dəfələrlə qərarlar və qətnamələr qəbul edib, Məmmədovun təcili və şərtsüiz azadlığa buraxılmasını tələb edib.

AŞ Nazirlər Komitəsi Azərbaycan hökumətinin İlqar Məmmədova qarşı ittihamlarınnın heç bir əsası olmadığını hesab edir.
AŞ Nazirlər Komitəsi Azərbaycan hökumətinin İlqar Məmmədova qarşı ittihamlarınnın heç bir əsası olmadığını hesab edir.

Ancaq üç il keçdikdən sonra İlqar Məmmədov hələ də həbsdədir. Odur ki, Nazirlər Komitəsi işin Avropa İnsan Hüquqları Məhkəməsinə qaytarılması prosedurunun başlanması haqda qərar qəbul edib.

Məhkəmə əvvəlki qərarın yerinə yetirilməməsinin Konvensiyanın əlavə olaraq pozulması sayılmasına dair əlavə qərar qəbul edəcək.

REAL Hərəkatının lideri İlqar Məmmədov 2013-cü il yanvarın 23-24-də baş vermiş İsmayıllı hadisələri ilə əlaqədar həbs olunub. Şəhərə asayiş bərpa olunduqdan sonra getməsinə baxmayaraq, REAL lideri kütləvi iğtişaşların təşkilində, polisə müqavimət göstərməkdə ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG