Accessibility links

Avropanın sığınacaq siyasəti gərginliyi artırır [Video]


Avropanın sığınacaq siyasəti gərginliyi artırır
please wait

No media source currently available

0:00 0:02:12 0:00

Avropanın sığınacaq siyasəti gərginliyi artırır

Xorvatiya-Serbiya sərhədlərinə toplaşan insanların bir çoxu saxta Suriya pasportlarına malikdirlər

Avropa sığınacağa ehtiyacı olanların müəyyən edilməsi məqsədi ilə yüz minlərlə qaçqın müraciətini nəzərdən keçirməlidir. Belə ki, Xorvatiya-Serbiya sərhədlərinə toplaşan insanların bir çoxunun saxta Suriya pasportlarına malik olduğu və bunun suriyalarla gərginliyi artırdığına dair iddialar mövcuddur.

Avropa birləşərək qeyri-qanuni mühacirətin qarşısını almalı, əsl qaçqıların müəyyən edilməsi üçün protokol tərtib etməli, əsl qaçqınlarla iqtisadi miqrantlar arasında fərqi müəyyən etməlidir
Zoltan Kovaks

Şərqi Avropa ölkələri miqrant böhranını bir yolla həll etməyə çalışır. Onları avtobuslara mindirib, problemi sıradakı növbəti ölkəyə köçürmək.

Bu miqrantlar Serbiya tərəfindən Xorvatiya sərhədlərinə yönəldilib.

Qarğıdalı sahələrindən keçən 20 yaşlarında olan 3 suriyalı Amerikanın Səsinə danışıb. Onlar kimliklərinin müəyyə edilməsinə deyil, digər miqrantlara qarşı qəzəblərini dilə gətirib.

“Bir çoxları Suriya şəxsiyyət vəsiqələri və pasportlara malikdir. Onlar suriyalı deyillər. Onlar Pakistan, əsqanıstan, İraq, livan və digər ölkələrin vətəndaşlarıdır. Mən şoka düşmüşəm. Bu, bizim problem, bizim məsələmizdir..”

Əfqan Məhəmməd də sığınacaq sorağındadır. Onu diqqətlərin Suriya üzərində mərkəzləşməsi narahat edir.

“Onlar üçün proses daha rahtdır. Əfqanlar üçün yox. Hər şey suriyalılar üçündür. Əfqanlar üçün yox.”

Sığınacaq almalı qaçqınlar kimlərdir, münaqişə və ya təqiblərdən qaçanlar, yoxsa yoxsulluq səbəbəi ilə yaşı həyat sorağında olanlarmı?

Macarıstan sərhədlərinə məftilllər çəkməklə, Avropanın bu fərqi müəyyən etməsini istəyir.

“Avropa birləşərək qeyri-qanuni mühacirətin qarşısını almalı, əsl qaçqıların müəyyən edilməsi üçün protokol tərtib etməli, əsl qaçqınlarla iqtisadi miqrantlar arasında fərqi müəyyən etməlidir,” deyə Macarıstan hökümətinin sözçüsü bildirib.

Avropa liderləri fövqəladı yığıncaqlar keçirməklə, böhrana cavab yollarını müəyyən etməyə çalışır.

Qaçqın statusunun kimə verilməli olduğu da müəyyən edilməlidir. Lakin ekspertlər bunun ağ-qara deyə ayrılmasının asan iş olmayacağını deyir.

XS
SM
MD
LG