Accessibility links

Avropa İttifaqının Xəzər hövzəsinə yanaşması


Avropa İttifaqının Xəzər hövzəsinə yanaşması
Avropa İttifaqının Xəzər hövzəsinə yanaşması

Təhqiqatlara təhlükəsizlik, enerji təhlükəsizliyi, daxili bazara sərbəst giriş, viza rejimləri, demokratiya və insan haqlarına münasibətlər daxildir.

Bakıda Azərbaycan Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi “Avropa İttifaqının Xəzər hövzəsinə yanaşması: reallıqlar və yumşaq güc” mövzusunda beynəlxalq konfrans keçirir. Belə ki, proqram əsasında tədqiqatçı qruplar Aralıq, Baltik, Qara və Xəzər dəniz regionunda Avropa İttifaqının siyasəti və bu regionlardakı reallıqlarla bağlı son üç ildə tədqiqatlar aparıb.
“Tədqiqatları 8 beyin mərkəzi aparıb. Təhqiqatlara təhlükəsizlik, enerji təhlükəsizliyi, daxili bazara sərbəst giriş, viza rejimləri, demokratiya və insan haqlarına münasibətlər daxildir”, - deyə Milli və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri Leyla Əliyeva qeyd edib.
EU4SEAS təşkilatının koordinatoru Jordi Vaquer hesab edir ki, Xəzər hövzəsi Avropa İttifaqı üçün əhəmiyyətlidir: “Baltik, Aralıq və Qara dəniz hövzələrindən fərqli olaraq Xəzər hövzəsində Avropa İttifaqına üzv dövlət yoxdur. Biz, burada Avropa İttifaqının perspektivlərini və Aİ-nin təcrübəsinin tətbiqinin reallıqlarını araşdırmışıq”.
Ekspertin fikrincə, 2007-ci ildə Baltik, 2008-ci ldə Qara dəniz hövzəsinə demokratikləşmə prioritet olub. “Amma 2008-ci il Rusiya-Gürcüstan müharibəsi göstərdi ki, bu regionda demokratikləşmə güclə qarşılandı. Xəzər hövzəsində demokratiyaya iki yanaşma var. Birincisi, suveren demokratiyanın inkişafı və ya digər ölkələrdəki demokratiyanın təsirləri ilə inkişaf etmək. Bu regionda idarəetmənin təkmilləşdirilməsi də vacibdir. Məsələlərə ölkələrin geosiyasi və daxili vəziyyətinə uyğun olaraq baxmaq lazımdır”, - o qeyd edib.
Eyni zamanda, ekspertlər hesab edir ki, dünyada yeni dəyişikliklər bu məsələlərə yeni baxışlar gətirib. “Dünyadakı son dəyişikliklər bu panelə yeni yanaşma imkanları verəcək”, - ekspert Carmen Claudin qeyd edib.
Azərbaycan Dillər Universitetinin doktoru Nəsib Nəsiblinin fikrincə, Xəzər hövzəsində Avropa Birliyinin əsasən enerji və qlobal təhlükəsizlik baxımından maraqları var: “Xəzər regionu zəngin neft yataqları, geopolitika, narkotik tranziti və Əfqanıstana çıxış baxımından Avropa İttifaqı üçün əhəmiyyətlidir. Hesablamalara görə, Əfqanıstan narkotiklərinin tranzitinin 25 faizinə qədəri Azərbaycandan keçir”.

Ekspert hövzə dövlətləri arasında tarixən birliyin olmadığını deyib və bundan sonra da olacağına inanmır. “Xəzər hövzəsində yerləşən Rusiya, İran Azərbaycan, Qazaxıstan və Türkmənistan neft ölkəsidir. Bu ölkələr bazar uğrunda mübarizə aparır və dövlət büdcələrinin 90 faizə qədəri neft ixracından asılıdır. Son dövrlər neftin qiymətinin bahalaşması hövzədəki bütün rejimlərin möhkəmlənməsinə xidmət edib. Eyni zamanda geopolitik baxışları da çox fərqlidir. Regiondakı Dağlıq Qarabağ, Şimali Qafqaz, Abxaziya və Cənubi Osetiya münaqişələri də əməkdaşlığı çətinləşdirir”.
Ekspertlər həmçinin Avropa İttifaqının regionla bağlı proqramlarının uğurlu hesab etmir. “Avropa İttifaqının Qonşuluq və Şərq Tərəfdaşlığı proqramı Azərbaycanda demokratiya və insan hüquqlarının qorunmasının inkişafına təkan vermədi. Doğrudur seçkilərlə bağlı siyasətdə bir qədər dəyişiklik oldu. Ötən il Avropa Birliyi seçkiləri bir addım irəli deyə qiymətləndirmədi. Amma, Mövlud Çavuşoğlunun da rəhbəri olduğu Avropa Şurasının Parlament Assambleyası bunun əksini söylədi. Hesab edirəm ki, ölkələrə diferensial yanaşma olmalıdır”, - deyə Nəsib Nəsibli vurğulayıb.

Ekspertlər hövzə ölkələrinin rəhbərlərinin daxili demokratiyanın inkişafında maraqlı olmadığını da diqqətə çatdırıblar.

XS
SM
MD
LG