Accessibility links

Azərbaycan və Türkmənistan Xəzərin dibinin bölünməsini müzakirə edir


Tərəflər danışıqların davam etdirilməsinin zəruri olduğu bildirib.

Azərbaycan Xarici İşlər Nazirliyində Azərbaycan və Türkmənistan arasında Xəzər dənizinin dibinin bölünməsi üzrə ekspertlər qrupunun iclası keçirilib.

Görüşdə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovun və Türkmənistan Prezidenti yanında Xəzər dənizi məsələləri üzrə Dövlət müəssisəsinin sədri M.Atacanovun rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Azərbaycan və Türkmənistan arasında Xəzər dənizinin dibinin bölünməsi ilə bağlı bir sıra məsələlər müzakirə edilib, eləcə də Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsi üzrə geniş fikir mübadiləsi aparılıb.

Xəzər məsələləri üzrə ikitərəfli və çoxtərəfli formatda keçirilən məsləhətləşmələrin əhəmiyyəti vurğulanıb və danışıqların davam etdirilməsinin zəruri olduğu bildirilib.

XS
SM
MD
LG