Avropa İttifaqı və Türkiyə nümayəndələri Avropaya miqrant axınının azaldılması məqsədi ilə razılıq əldə edib.
Avropa İttifaqı Brüssel görüşündən öncə Balkanlara miqrant yollarının bağlanmasına dair razılıq layihəsi hazırlayıb.
Qurum minlərlə qaçqının Türkiyəyə qaytarılması barədə mümkün razılıq əldə etdiklərini və gələn həftə keçiriləcək görüş zamanı yekun sənədin imzalanacağını bildirir.
28 üzvlü Avropa İttifaqı uzunmüddətli narazılıqlardan sonra Türkiyəyə qaçqın böhranının həlli üçün vəsait ayırmağa razılıq verib.
2.7 milyon qaçqına sığınacaq verən Türkiyə qaçqın böhranının öhdəsindən gələ bilmir.
Avropa İttifaqı Türkiyəyə bir neçə yardım təklifləri irəli sürüb. Suriya qaçqınları üçün 3.3 milyard dollarlıq yardım vəsaiti ayırmalıdır.
Fransa prezidenti Fransua Olland deyib ki, sammit Avropanın həmrəyliyi və Türkiyə ilə əməkdaşlıqla qaçqın böhranının həllinin mümkünlüyünə ümid yaradıb.
Növbəti görüş mart ayının 17-nə təyin edilib.