Accessibility links

Avropa Şurasının Nazirlər Komitəsi Azərbaycan hökumətini jurnalisti həbsdən azad etməyə çağırıb


Avropa Şurasının Nazirlər Komitəsi Azərbaycan hökumətini jurnalisti həbsdən azad etməyə çağırıb
Avropa Şurasının Nazirlər Komitəsi Azərbaycan hökumətini jurnalisti həbsdən azad etməyə çağırıb

Nazirlər Komitəsi Azərbaycan hakimiyyətinin Eynulla Fətullayevin həbsinin dayandırılması üçün bütün tədbirləri görməsini istəyir

Avropa Şurasının Nazirlər Komitəsi jurnalist Eynulla Fətullayevin işi üzrə yekun rəyini açıqlayıb. Bu barədə Turan Agentliyi məlumat yayıb.
Nazirlər Komitəsinin 30 noyabr iclası haqda məlumatında deyilir: “Avropa İnsan Hüquqları Konvensiyanın 146-cı maddəsinə uyğun olaraq Avropa Şurası üzvü Avropa İnsan Hüquqları Məhkəməsinin aşkar etdiyi pozuntulara mümkün qədər tez son qoymalıdır. 46-cı maddəyə uyğun olaraq ərizəçi dərhal azad olunmalıdır. Azərbaycan Ali Məhkəməsinin 11 noyabr qərarı Eynulla Fətullayevin azadlığa buraxılması məsələsinin həllinə imkan verir. Lakin narahatlıqla qeyd edirik ki, ərizəçi indiyədək həbsdə saxlanılır və 2007-ci il aprelin 20-dən onun ədalətsiz həbsinin səbəbləri barədə suallar qalır. Azərbaycan hakimiyyətini bu iclasda qaldırılan məsələyə dərhal baxmağa və ərizəçinin həbsinin dayandırılması üçün bütün tədbirləri görməyə, əgər zərurət varsa cəzanın başqa tədbirlə əvəzlənməsinə çağırırıq”.

Eynulla Fətullayev 2007-ci ilin aprelində təhqirdə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Həmin ilin oktyabrında terrorçuluqla hədələmə, milli düşmənçiliyin salınması, külli miqdarda vergidən yayınma ittihamları ilə yenidən məhkum olunaraq 8 il 6 ay həbsə məhkum edilib. qaldırılıb.

2010-cu il iyulun 6-da Qaradağ Rayon Məhkəməsi Eynulla Fətullayevi narkotik saxlamada təqsirli bilərək daha 2 il 6 ay həbsə məhkum edib. Bu qərardan Bakı Apelyasiya Məhkəməsinə şikayət verilib. Noyabrın 5-də Bakı Apelyasiya Məhkəməsi hazırlıq iclasında həbsdə olan Eynulla Fətullayev barəsində yenidən həbs qətimkan tədbiri seçib.

Avropa İnsan Hüquqları Məhkəməsi 2010-cu il aprelin 22-də jurnalistin dərhal həbsdən azad edilməsi barədə qərara qəbul edib. Azərbaycan hökuməti Avropa Məhkəməsinin qərarından Böyük Palataya şikayət verib və məhkəmənin qərarı qüvvədə saxlanıb. Bundan sonra Azərbaycan Ali Məhkəməsinin Plenumu noyabrın 11-də Avropa Məhkəməsinin qərarının icrası barədə qərara qəbul edib. Bununla yanaşı, jurnalistin üzərində iki ittiham saxlanıb və ona 2 il 3 ay cəza müəyyənləşdirilib. 3 iyul 2007-ci ildən hesablanan cəza müddəti başa çatsa da, Eynulla Fətullayev üstündə olan narkotik işinə görə azadlığa buraxılmayıb.

XS
SM
MD
LG