Accessibility links

Yunanıstan-Makedoniya sərhədində miqrantlarla polis arasında qarşıdurma davam edir


Makedoniya polisi Yunanıstandan sərhədi keçmək istəyən miqrantlara qarşı gözyaşardıcı qazdan istifadə edib.

30-a yaxın insan İdomeni sərhədində dəmir məftilləri adlamağa səy göstərib.

Buna bənzər hadisə bazar günü də baş vermişdi. Polis gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə edərək onlarla insanı yaralamışdı.

Bazar günü sərhədə yaxın düşərgədə yayılan söz-söhbətə görə sərhədlərin açılması gözlənilirdi.

Yunanıstan rəsmiləri makedoniyalıları ifrat güc tətbiq etməkdə ittiham edir.

XS
SM
MD
LG