Accessibility links

Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycana tövsiyələri


Avropa Yenidənqurma və İnkişaf Bankı
Avropa Yenidənqurma və İnkişaf Bankı

Neft dollarları gözlənilməz makroiqtisadi riskləri yumşaldıb. Amma bu, ölkə iqtisadiyyatında diversifikasiya zərurətini azaltmır.

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) dünən iqtisadi məruzəsini açıqlayıb. Orada Azərbaycandakı vəziyyət təhlil edilir və tövsiyələr verilir.
Turan agentliyinin məlumatına görə, əsas irad ondan ibarətdir ki, neft dollarları gözlənilməz makroiqtisadi riskləri yumşaldıb. Amma bu, ölkə iqtisadiyyatında diversifikasiya zərurətini azaltmır. Qeyd edilir ki, neft hasilatının tempinin azalması ÜDM artımını o qədər azaldıb ki, yalnız investisiya layihələrinə büdcə xərclərinin artımı vəziyyəti xilas edib, eyni zamanda, qeyri-neft sektorunun xüsusi çəkisini artırıb.
Bundan başqa, AYİB 2012-ci ildə iqtisadi artım proqnozunu korrektə edərək onu 3,5%-dən 2,5%-ə azaldıb. Gələn ilin sonu üçün bank 3% iqtisadi artım proqnozlaşdırır.

Yerli ekspertlərin çoxu vəziyyəti eyni qiymətləndirir. Deputat Əli Məsimlinin sözlərinə görə, sabitliyə əsasən real sektor təsir edir. Onun əsasını kənd təsərrüfatı təşkil edə bilər. Onun ÜDM-də xüsusi çəkisi 5,5%-dir. Karbohidrogenlərdən əldə edilən gəlirləri böyük çeşid görüntüsü yaratmaq üçün çoxişlənən mallar əldə etməyə yox, aqrar-sənaye kompleksinin və elmi potensialın səviyyəsini qaldırmağa yönəltmək lazımdır. Bundan başqa, süni inhisarlar olmasa, ixracatçı ölkələrdə böhran aradan qalxsa, inflyasiya 4-5% ola bilər.
Parlamentin iqtisadi siyasət komissiyasının üzvü hesab edir ki, xarici ticarətdə ölkənin əsas tərəfdaşı Aİ olduğu üçün neftə tələbat azalacaq, bizə satılan yüksək texnologiyaların qiyməti artacaq, bu isə böhranın qarşısının uğurla alınmasına pis təsir edəcək.

İqtisad elmələri doktoru, İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qubad İbadoğlu onunla razıdır. İbadoğluya görə, neft hasilatından asılılıq mənfi nəticələr verəcək. “Neft iynəsinə oturmaq uğurlu görünən ərəb ölkələrinə də arzu edilən nəticələr gətirmədi”, - deyə o bildirir.
Onun sözlərinə görə, AYİB ilin sonu üçün ÜDM-də 2,5% artım proqnozu verəndə nikbindir. Beynəlxalq Valyuta Fondu daha vəziyyəti real qiymətləndirir və 1,9% vəd edir. Hər iki struktur artımı birbaşa ARDNF-dən və ARDNŞ-dən ayırmalarla, bu vəsaitlərin “Avroviziya 2012” layihəsinə, “Şahdağ” kurort kompleksinə və s. yönəldilməsi ilə bağlayırlar. Bu səbəbdən qeyri-neft sektorunda artımı nisbi saymaq olar. Onlar isə nə indi qazanc gətirib, nə də perspektivdə real fayda vəd edir. İbadoğlunun fikrincə, əgər əvvəllər Azərbaycan xarici investisiyaya ehtiyac duyur, onların investisiya portfelində xüsusi çəkisi 80% təşkil edirdisə, indi mənzərə dəyişib - dövlət investisiyaları büdcənin 60%-ə çatır.

Durğunluqdan qurtulmaq üçün gələcəkdə təsadüfən hökumət başına keçən adam psixologiyasından qurtulmaq lazımdır, - deyə alim bildirir. Sahibkarlıq fəaliyyətinin yaxşılaşdırılması, rəqabətin təşviqi üçün iş görmək lazımdır. Vergi və gömrük orqanlarında korrupsiya ilə mübarizə gücləndirilməlidir. Sahə tənzimləyiciləri daha fəal rəqabət təşviq etməli (xüsusən telekommunikasiyalar, nəqliyyat və maliyyə sektorunda) strateji xarici investorların cəlb edilməsini stimullaşdırmalıdırlar.

Maliyyə sektoruna gəlincə, hökumət Beynəlxalq Bankı etibarlı özəl əllərə verməyi vəd edib. Amma hələ islahat və ya özəlləşmə cəhdləri də görünmür. Şərtlərdən biri Ümumdünya Ticarət Təşkilatına üzvlük, yəni Gömrük Məcəlləsinin liberallaşması, istehsal edilən məhsulun standartlarının, qanunvericiliyin unifikasiyasıdır. Azərbaycan hələ onlarla ölkə ilə protokol imzalayıb. Demək, proses uzun illər çəkəcək.

Amma müsbət məqamları da qeyd etmək lazımdır. “Bakı-Tbilisi-Qars” dəmir yolunun tikintisi başa çatır, yeni beynəlxalq dəniz ticarət limanı tikilir, qaz dəhlizinə pul qoyulur.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG