Accessibility links

Azərbaycanın Aİ ilə əməkdaşlıq istəyi: Vətəndaşların yerdəyişməsi, energetika, nəqliyyat kommunikasiyalarının yaradılması və ticarət


Avropa İttifaqı və Azərbaycanın bayraqları
Avropa İttifaqı və Azərbaycanın bayraqları

İyunun 29-da Minskdə Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı proqramının iştirakçısı olan ölkələrin xarici işlər nazirlərinin qeyri-formal dialoqu keçirilib.

Görüşdə Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev təmsil edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüş iştirakçıları Riqa sammitindən sonra əməkdaşlığın perspektivlərini müzakirə edib.

Məmmədquliyev Bakının Aİ ilə əməkdaşlıq etmək istədiyi məsələləri sadalayıb: Vətəndaşların yerdəyişməsi, energetika və nəqliyyat kommunikasiyalarının yaradılması və ticarət əlaqələri.

O, həmçinin Aİ-nin Qarabağ münaqişəsinin BMT TŞ-nin və digər beynəlxalq təşkilatların qətnamələri əsasında Azərbaycanın ərazi bütövlüyü nəzərə alınmaqla tənzimlənməsinə dəstək göstərməsi zərurətini qeyd edib.

Məmmədquliyevin sözlərinə görə, Azərbaycan Aİ ilə bərabərhüquqlu əsaslarla əməkdaşlığa hazırdır.

“Şərq Tərəfdaşlığı” xarici işlər nazirlərinin qeyri-formal dialoqu növbəli şəkildə bu dövlətlərin paytaxtlarında keçirilir. Bundan əvvəlki görüş 2014-cü il sentyabrın 9-da Bakıda keçirilib.

XS
SM
MD
LG