Accessibility links

Avropa İttifaqı Azərbaycanda kənd təsərrüfatının inkişafını dəstəkləyir


Avropa İttifaqı Kənd İnkişafını Dəstəkləmə Proqramı (RDSP) çərçivəsində kənd yerlərinin inkişafı üçün Azərbaycana 7,2 milyon avro ayırıb. Bu barədə Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi məlumat yayıb.

Layihə ərzaq təhlükəsizliyinin, qida məhsullarının təhlükəsizliyinin və fitosanitar nəzarətin təmin olunması vasitəsilə regionlarda kənd təsərrüfatının inkişafı üçün islahatların həyata keçirilməsini nəzərdə tutur.

Proqram çərçivəsində Aİ Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Statistika Komitəsi və s. ilə əməkdaşlıq edəcək.

XS
SM
MD
LG