Accessibility links

Avropa Məhkəməsi “İslam-İttihad”ın xeyrinə qərar qəbul edib


Avropa məhkəməsi
Avropa məhkəməsi

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Azərbaycanla bağlı daha bir qərarını açıqlayıb.

Məhkəmənin noyabrın 13-də yaydığı press-relizdə deyilir ki, “İslam-İttihad” ictimai birliyinin üzvləri Azər Səmədov və İlqar Allahverdiyev birliyin qanunsuz bağlanması şikayəti ilə məhkəməyə müraciət edib.

Qərarda iddiaçıların Avropa İnsan Hüquqları Konvensiyasının 11-ci maddəsinin nəzərdə tutduğu sərbəst toplaşmaq hüququnun pozulduğu bildirilir. Bundan əlavə, yetirilən mənəvi zərərə görə 4000 avro və məsrəflərin qarşılanması üçün 2 min avro məbləğində kompensasiya ödənilməlidir.

Birlik o zaman maarifçi-xeyriyyəçi səciyyəli bir QHT idi. Daha sonra Birliyin fəaliyyəti ölkənin Ədliyyə Nazirliyinin müraciəti əsasında 2003-cü ildə rayon məhkəməsinin qərarı ilə dayandırılıb.

Məhkəmə Ədliyyə Nazirliyindən daxil olan 3 xəbərdarlığı əsas gətirərək, birliyin qanunsuz dini fəaliyyətlə məşğul olduğunu əsas gətirib.

XS
SM
MD
LG