Accessibility links

İran Avropa Oyunlarını izləyəcək


Baku 2015 Avropa Oyunları
Baku 2015 Avropa Oyunları

Bakı 2015 Qərbi Asiyada ən böyük ölkə olan İranı Avropa Oyunlarını yayımlayan ölkələr sırasına daxil edib.

“General Entertainment and Media” (GEM TV Qrup) İran üçün eksklüziv yayım hüququnu əldə edib və Oyunları YAHSAT, NILESAT və HOTBİRD kanallarından ödənişsiz yayımlayacaq. Bu barədə Avropa Oyunlarının (http://az.baku2015.com) rəsmi saytı məlumat yayıb.

Məlumatda deyilir ki, razılaşmaya əsasən televiziya, rəqəmsal və mobil platformalar üzərindən 75 milyon əhalinin fars və kürd dillərində izləyə biləcəyi gündəlik yayımlar təşkil olunacaq. Bakı 2015 yarışlarını yayımlayan şirkətlər İranı da Amerika, Hindistan, Çin, Hon-Konq, Ərəb dünyası və Avstraliya kimi ölkələr sırasına qoşur.

Bakı 2015 Oyunlarının Baş Əməliyyat direktoru Saymon Kleqq bildirib: “Avropa Oyunlarının çağırışı təqdirəlayiqdir. Bizim məqsədimiz bu 50 il ərzində hər zaman mühüm əhəmiyyət kəsb edən yeni beynəlxalq idman yarışlarının Avropa və digər ölkələrdə mümkün qədər çox insan tərəfindən izlənilməsini təmin etmək idi. Beynəlxalq şəbəkələrlə əldə edilmiş bu və digər razılaşmalar dünya üzrə bu kimi yarışlara olan marağın böyük olduğunu göstərir.

İran ictimaiyyətinin ilk Avropa Oyunları həyəcanına qoşula bildiyini görmək çox gözəldir”, o qeyd edib.

Avropa Oyunları iyununn 12-dən 28-dək Azərbaycanda keçiriləcək. Yarışlara 20 idman növü daxil edilib.

XS
SM
MD
LG