Accessibility links

AŞ Nazirlər Komitəsi İlqar Məmmədovun həbsdən azad edilməsini tələb edib


Dekabrın 8-9-da Avropa Şurası Nazirlər Komitəsi insan hüquqlarına dair iclas keçirərək üzv ölkələrin Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını icra etməsilə bağlı vəziyyəti müzakirə edib.

AŞ Nazirlər Komitəsinin məlumatında deyilir ki, müzakrələrin yekunlarına dair qərarda Azərbaycan hakimiyyətinin indiyədək İlqar Məmmədovu azad etməməsindən “dərin təəssüf hissi”nin keçirildiyi ifadə olunub. Halbuki, bu barədə Avropa Məhkəməsinin qərarı və Azərbaycan rəhbərliyinə çoxsaylı müraciətlər var.

Qərarda İ.Məmmədovun dərhal azad edilməsi və Avropa Məhkəməsinin qərarlarının icrasından yan keçmək cəhdlərinə son qoyulması tələb olunub.

REAL Hərəkatının lideri İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda baş vermiş iğtişaşların təşkililə əlaqədar uydurma ittihamla 7 il müddətinə həbs olunub. Onunla birlikdə Müsavat Partiyasının sədr müavini Tofiq Yaqublu da həbs edilib.

2014-cü ilin mayında Avropa İnsan Haqları Məhkəməsi İ.Məmmədovun həbsinin əsassız olması barədə qərar çıxarıb və onun azad edilməsinə çağırıb.

Sonradan Avropa Məhkəməsi T.Yaqublunun da barəsində analoji qərar çıxarıb.

Amerika İcmalı

Amerika İcmalı. Vaşinqtonun Ukrayna böhranını həll etmək üçün diplomatik səyləri
please wait

No media source currently available

0:00 0:27:46 0:00
XS
SM
MD
LG