Xorvatiyada Adriatik dənizinin çimərliklərinə gələn ziyarətçilər çətirlərin altında gizlənib, dənizdə sərinləməyə çalışırlar. Kölgədə hərarətin 40 dərəcəyə çatması səbəbindən insanlar günortadan axşam saatlarına qədər çimərliklərdən uzaq qalmağa çalışırlar.
Şimali Afrikadan bölgəyə yayılan isti hava axınlarına görə təcili yardım əməkdaşları yaşlı və ürək xəstəliklərindən əziyyət çəkən insanlara evlərini tərk etməməyi məsləhət görüb.
Ötən ay sahil şəhəri olan Splitdə çıxan yanğın ən az 15 ev olmaqla minlərlə hektar meşə və kənd təsərrüfatı torpaqlarını yarasız hala salıb. Bəzi sahilyanı şəhərlərdə isə fırtınalar baş verib.
Şimal bölgələrdə də vəziyyət cənubdankından heç də geri qalmır. Çexiyanın paytaxtı Praqa şəhərində yerli əhali və turistlər çərşənbə axşamı qayıqlarla Vltava çayında sərinləməyə çalışıblar. Çexiya Meteorologiya İnstitutu sakinləri isti hava dalğalarının həftə sonuna qədər davam edəcəyi ilə xəbərdar edib.
Cenevrədə yerləşən Dünya Meteorologiya Təşkilatı bu yay davam edən ekstremal hava şəraitinin müstəsna olduğunu bildirir.
Təşkilatın sözlərinə görə, əgər ölkələr qlobal istiləşmənin qarşısını almaq üçün fəaliyyətlərini gücləndirməsələr temperatur daha da artamağa davam edəcək. Təşkilat, vətəndaşları ekstremal hava şəraitindən qorumaq üçün erkən xəbərdarlıq sistemlərinin, sığınacaq və fövqəladə xilasetmə qruplarının hazırlıqlarının başlanmasına çağırır.
Vyana zooparkı sakinlərinin isti yay günlərində rahatlıqlarını təmin edə bilmək üçün tədbirlər görüb. Fillər üçün hazırlanmış yay hovuzunun inşası tam vaxtında başa çatıb. Hovuzda fillərin sudan çıxmadan gəzə bilməsi üçün piyada sistemi yaradılıb.