Amsterdamdan Parisə gedən yüksəksürətli qatarda ağır silahlarla silahlanmış şəxsi zərərsizləşdirən 3 amerikalıdan biri bu gün mətbuata açıqlama verib. Onun sözlərinə görə, onlar bu addımı atan zaman özlərini bə eləcə də qatardakı digər şəxsləri düşünüblər.
Hücumda xəsarət alan Spenser Ston və onun amerikalı dostları Alek Skarlatos və Antoni Sadler Parisdəki ABŞ səfirliyində mətbuata açıqlama verərək şübhəli şəxsin təhlükəli olduğunu bildiriblər.
Ston deyib ki, o, yuxudan ayılanda həmin şəxsin avtomat silahı hazırlamağa çalışdığını görüb. "Silahın ilişdiyi və işlədiyini hiss etdim" deyə o bildirib.
Bundan sonra 3 amerikalı şübhəli şəxslə dalaşmağa başlayıb və dava Ston onu huşsuz vəziyyətə gətirənədək davam edib.
Stonun sözlərinə görə, o, öz həyatlarını və eləcə də qatardakıların həyatını düşünüb.
'Döyüşə hazır'
Rəsmilər 26 yaşlı radikal islamçı Əyub Əl-Xazzani kimi müəyyən etdiyi şübhəli haqda danışan Ston deyib ki, o, ölənədək döyüşmə hazır görünürdü.
Amerikalılar hadisəyə hələ də inanmadıqlarını bildirib.
Təşəkkür
Fransa Prezidenti Fransua Oland ABŞ prezidenti Barack Obamaya 3 amerikalının qəhrəmanlığına görə "ürəkdən təşəkkürünü" bildirib.
Onlar Amsterdamdan Parisə hərəkət edən qatarda Kalaşnikov avtomatı, tapança ilə silahlanmış şəxsi zəzrəsizləşdirə biliblər.
İnsident cümə günü Fransanın şimal-şərqindəki Arras şəhəri yaxınlığında baş verib. Həmin silahlı - 26 yaşlı mərakeşli həbs olunub.
Hadisə vaxtı hücumçunu yerə yıxaraq tərk-silah etməyə müvəffəq olan 3 amerikalıdan 2-si ABŞ Hərbi Hava Qüvvələrindən olan Spenser Ston və Alek Skarlatos və tələbə Antoni Sadlerdir.
Hadisə yerinə baş çəkən Fransanın Daxili İşlər Naziri olayı “terror aktı” kimi dəyərləndirib.