Accessibility links

Avropalıların əksəriyyəti İŞİD-i ölkələri üçün ən böyük təhlükə sayır


Pew Araşdırma Mərkəzinin hesabatına görə avropalıların əksəriyyəti İŞİD-i ölkələrinə qarşı ən böyük təhlükə sayır.

İqlim dəyişikliyi arxa plana keçərək, avropalıları narahat edən ikinci əsas məsələdir. Bundan sonra isə Vaşinqtonda aparılan "Europeans Face the World Divided" (avropalılar bölünmüş dünya ilə üz-üzə) adlı son araşdırmaya əsasən, Suriya və İraqdan qaçqın axını məsələsi gəlir.

Respondentlərin yalnız 17 faizi İŞİD-i kiçik təhlükə olduğunu söyləyib, 3 faiz isə ümumiyətlə İŞİD-i təhlükə olaraq görmədyini bildirib.

Parisdə və Brüsseldə terror hücumlarından sonra terrorizm avropalıların narahatlığına səbəb olan əsas məsələyə çevrilib. İŞİD-in mart ayında Brüsseldə metro və hava limanında törətdiyi terror hücumları 32 insanın həyatına son qoymuşdu. İŞİD-in noyabr ayında Parisdə törətdiyi terror hücumu zamanı 130 nəfər həlak olmuşdu.

Pew Araşdırma Mərkəzinin keçən həftə açıqladığı tədqiqat daxil olmaqla, son araşdırmalarda avropalıların çoxunun Britaniyadan nümunə götürərək Avropa İttifaqını tərk etmək istəyə bilməsinə işarə etməsinə baxmayaraq, avropalıların 74 faizi ittifaqın qlobal səhnədə rolunun artırılması tərəfdarıdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG