Bazar ertəsi günü Berlin şəhərinin Brandenburq darvazasının yaxınlığında toplanan nümayişçilər Şarlottsvill iğtişaşları zamanı üzərinə maşın sürülməsi nəticəsində həlak olmuş Hezer Heyer xatirəsini anıblar. Almanların bir çoxu İkinci Dünya Müharibəsindən bu yana öz ölkələrində qadağan edilmiş nasizm simvolları olan şüarları daşıyan etirazçılar gördükləri üçün çox təəccüblənmişdilər.
Etirazçılar bildirir ki, heç bir yerdə irqçi və ifrat-sağ hərəkatlarına biganə qalmaq olmaz.
Almaniya Şarlottsvill şəhərində baş veən ifrat-sağçı mitinqinə etiraz edən ilk ölkələrdən oldu.
Çərşənbə günü İngiltərənin Baş naziri Tereza Mey ABŞ prezidentinin həm ifrat-sağ qruplarını, həm də əlehdarlarını ittiham etməsini incə şəkildə tənqid edib.
İnsan hüquqlarını müdafiə edən qruplar Birləşmiş Ştatlar və digər yerlərdə irqçi ayrı-seçkiliyin artması hallarını kəskin qınayırlar.
Ekspertlər deyirlər ki, nifrət qruplarının təqibi zəruridir, lakin kifayət deyil. Onlar təhlükəli meylləri ən yaxşı şəkildə necə aradan qaldırmasını müəyyən etmək üçün Şarlottsvill hadisələrinin hərtərəfli araşdırılmasını təklif edirlər.