Accessibility links

Avropaya miqrant axını azalıb


Sərhəd agentliyinin məlumatına əsasən aprel ayında Avropa İttifaqının Türkiyə ilə bağladığı sazişdən sonra Avropaya daxil olan qeyri-qanuni miqrantların sayı azalıb. Sazişə əsasən Türkiyə Egey dənizi vasitəsi ilə Avropaya keçən miqrat axınını dayandırıb və İtaliya əksəriyyəti Liviyadan olmaqla qaçqınlar üçün yeni qapıya çevrilib.

“2016-cı ilin ilk altı ayında Avropa ittifaqına 360 min qeyri-qanuni daxil olma halı qeydə alınıb. Bu isə keçən ildəkindən daha çoxdur. Lakin axın apreldən sonra azalmaqdadır,” deyə Frontex agentliyinin icraçı direktoru Fabris Leggeri bildirib. Frontex təşkilatı birliyin xarici sərhədlərinin qorunmasına görə məsuliyyət daşıyır.

Leggerinin sözlərinə əsasən, İtaliya miqrantların birbaşa giriş nöqtəsi kimi Yunanıstanı keçib. Artıq miqrantların böyük əksəriyyəti Avropaya keçid üçün Liviya limanlarında toplaşır. İtaliyaya hər gün gələn miqrantların sayı 750-yə çatıb. Yunanıstanda isə gündəlik miqrant sayı 50-dir.

“Beləliklə yeni qapı İtaliyadır,” Leggeri bildirib. Frontex 2015-ci ildə Avropaya 1.5 milyon qeyri-qanuni keçidin baş verdiyini qeydə alıb. Bu axının böyük hissəsini müharibə və yoxsulluq səbəbi ilə Yaxın Şərq və Şimali Afrikadan qaçan insanlar təşkil edir. Qeyri-qanuni miqrantlar Yunanıstan vasitəsi ilə Almaniya və İsveçə üz tutur.

XS
SM
MD
LG