Accessibility links

Mühacirlər Britaniyaya keçmək üçün Avro tuneldən istifadə edir


Britaniya və Fransa arasında hərəkət edən qatar bir neçə saatlığına dayanıb. Səbəb qeyri-qanuni mühacirlərin Londona keçmək üçün Avro tuneldən istifadə etdiyinə dair yayılan xəbər olub.

Yüzlərlə sərnişin baş verənlərə görə narahatlığnı bildiriblər.

Fransanın Kalais limanı miqrantların Avro tunel vasitəsi ilə Britaniyaya keçməsi üçün mərkəzə çevrilib.

Çərşəmbə günü 2000-nə yaxın mühacir Budapeştin beynəlxalq vağzalında Almaniya və Avstriyaya keçmək istəyərkən Macarıstan rəsmiləri tərəfindən dayandırılıb.

Avropa İkinci Dünya Müharibəsindən sonra ən böyük mühacir axını ilə üzləşib. Beynəlxalq Miqrasiya Təşkilatı bu il 350 min mühacirin Aralıq dənizi vasitəsi ilə Avropaya keçdiyini bildirib.

Təxminən 2600 nəfərin insan alveri qurbanı olaraq Aralıq dənizində bataraq həlak olduğu deyilir.

Avropa İttifaqına 28 üzv ölkə sentyabrın 14-ü növbədənkənar iclas keçirməyi planlaşdırır. İttifaqın bəzi üzvləri mühacirlərin ölkəyə qəbul edilməsinı qarşı çıxır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG