Şənbə günü Avrozona maliyyə nazirləri Avropa İttifaqının yeni xilas paketi müqabilində Yunanıstanın təqdim etidiyi ən son iqtisadi islahatlar planını müzakirə etmək üçün bir araya gəlir.
Avropa Birliyi rəsmilərinin razılığı qəbul edəcəyinə dair heç bir təminat yoxdur.
Bundan öncə şənbə günü Yunanıstan parlamenti rəsmi Afina hökümətinin yeni təkliflərini qəbul edib. Qanunvericilərin iclası cümə günü gecə yarısından sonra da davam edib. Baş nazir Aleksis Tsipras qanunvericilərə şəxsən müraciət edib.
O, parlamentə Yunanıstanın çətin mübarizənin sonunda olduğuna ümid etdiyini bildirib. Baz nazir Avropa İttifaqı ilə son bir neçə aydır davam edən danışıqları hökümətinin yunan xalqının haqları uğrunda mübarizəsi adlandırıb.
Yunan hökümətinin irəli sürdüyü yeni islahat təkliflərinə pensiyaların azaldılması və vergilərin artırılması daxildir ki, bu Avropa Maliyyə nazirlərinin uzun zamandır Yunanıstandan tələb etdiyi islahatlardır. Ötən həftə keçirilən referendumda isə bu tələblər yunan xalqı tərəfindən rədd edilib.
Təkliflərə həmçinin Beynəlxalq Valyuta Fondunun borc şərtlərini yeniləməsi daxildir.