Accessibility links

Avstraliyada ilk dəfə dəvələrin onlayn satışı baş tutub


Vəhşi dəvələr ilk dəfə Avstraliyanın aparıcı onlayn heyvandarlıq hərracında satılıb.

Avstraliya dünyanın ən böyük vəhşi dəvə sürüsünə malikdir.

Avstraliyanın hərrac satıcıları 93 ərəb dəvəsinin onlayn satışını həyata keçirəcəyinə əmin deyildilər, lakin onların hər biri 230 dollara satılıb.

Dəvələrin çoxu təsərrüfatlarda tikanlı alaq otlarını nəzarətdə saxlamaq üçün alınıb. Onlara yerli ət satıcıları tərəfindən də maraq göstərilib.

Qvinnslandin ucqar bir bölgəsinə toplaşan heyvanlar vertolyotlarla daşınıb. Satış agenti Skott Teylorun dediyinə görə, vəhşi dəvələrin tutulmasına iki gün sərf olunur.

“İki gün ərzində toplandılar. Bəli, sadəcə kollardan çıxıb həyətlərə gəldilər və əsir düşdükdən sonra vəhşi bir heyvan olduqları halda nə qədər tez yerləşdikləri təəccüblü idi” - deyə, Teylor bildirib.

Mal-qara, qoyun və keçi ticarəti aparan onlayn xidməti AuctionsPlus-da demək olar ki, 100 heyvan satılıb. Mərkəzi Avstraliyada ən az 300 000 vəhşi dəvə olduğu təxmin edilir.

Dəvələr çox vaxt su qıtlığı səbəbi ilə heyvandarlıq ilə rəqabət edirlər. Minlərlə dəvə fermerlər tərəfindən öldürülüb.

Qərbi Avstraliya da daxil olmaqla, bu heyvanlar dövlət tərəfindən kənd təsərrüfatı zərərvericiləri elan edilib. Vəhşi sürülər bundan əlavə təcrid olunmuş yerli icmaların sağlamlığına da təhlükə hesab olunur.

Heyvanlar 19-cu əsrin ortalarında Cənubi Asiya və başqa yerlərdən Avstraliyaya gətirilib. Bunlardan müstəmləkə Avstraliyasında nəqliyyat kimi istifadə edilirdi. Ancaq motorlu nəqliyyat vasitələri onları sıxışdırdıqda dəvələrin bir çoxu vəhşi təbiətə buraxılmış, ya qaçmışlar.

Digər canlılar kimi dəvələr də Avstraliyanın sərt şəraitinə uyğunlaşa bilib.

Avstraliya pişiklər, tülkülər, donuzlar və qamış qurbağaları da daxil olmaqla, idarəolunmaz vəhşi zərərverici heyvanların idxalına dair uzun və fəlakətli bir tarixə malikdir.

XS
SM
MD
LG