Accessibility links

Avstraliya ABŞ və İngiltərə ilə ittifaqa qoşulmaq qərarını müdafiə edib


Avstraliya Fransanın qəzəbli reaksiyasına baxmayaraq, ABŞ və İngiltərə ilə üçlü ittifaqa qoşulmaq qərarını müdafiə edib.

Avstraliya sentyabrın 19-da Fransanın Avstraliyanı nüvə enerjisi ilə çalışan sualtı gəmilərə sahib olan yeddinci ölkəyə çevirəcəyinə görə Kanberra və Vaşinqtondakı səfirlərini dərhal geri çağırma qərarına görə "təəssüf" hissi keçirdiyini bildirib.

Avstraliya ABŞ və İngiltərə ilə yeni AUKUS ittifaqına daxil olduqdan sonra Fransa ilə milyardlarla dollarlıq müdafiə müqaviləsini ləğv edib.

Baş nazir Skott Morrison ittifaqın regional təhlükəsizliyi gücləndirəcəyini deyib.

“Bu, sülhə və sabitliyə töhfə verən müsbət bir addım kimi qiymətləndirilir. Bütün ölkələr öz müdafiə qabiliyyətlərinə sərmayə qoyacaqlar və həqiqətən də Çin bildiyimiz kimi bu sahəyə çox sərmayə qoyub "- deyə, Baş nazir qeyd edib.

Avstraliya müdafiə texnologiyalarını bölüşmək üçün ABŞ və Britaniya ilə yeni bir təhlükəsizlik müqaviləsini sentyabrın 16-da imzalayıb. Təhlilçilərin dediyinə görə, bu, Çindən gələn potensial təhlükəyə qarşı bir cəhddir.

Britaniya rəsmiləri bu müqavilənin hansısa bir ölkəyə cavab vermək məqsədi daşımadığını desələr də, təhlilçilər bunun Çinin Hind-Sakit Okean regionunda hərbi ambisiyalarından narahatlığın açıq əlaməti və bölgənin həm ABŞ, həm də Britaniya üçün strateji əhəmiyyətinin olduğunu vurğuladığını deyir.

Yeni razılıq çərşənbə günü Prezident Co Baydenin Avstraliyanın Baş naziri Skott Morrison və Britaniyanın Baş naziri Boris Consonla birlikdə keçirdiyi virtual iclas zamanı elan edilib.

Prezident Bayden tərəfdaşlığı yüksək qiymətləndirib.

Birgə bəyanatda liderlər ərazi mübahisələri, terrorizm və mütəşəkkil cinayətkarlıq da daxil olmaqla, bir çox narahatlıq doğuran problemlərin olduğunu bildirib.

ABŞ, Avstraliya və Yeni Zelandiya arasında bağlanan başqa bir təhlükəsizlik müqaviləsi "ANZUS" bu yaxınlarda 70 illiyini qeyd edib.

Avstraliya eləcə də ABŞ, Britaniya, Kanada və Yeni Zelandiyanının daxil olduğu Beş Göz ittifaqının fəal üzvlərindən biridir. Beş Göz ittifaqı İkinci Dünya Müharibəsindən sonra Sovet İttifaqını izləmək üçün yaradılıb..

XS
SM
MD
LG