Accessibility links

Avstraliyanın bəzi bölgələri yenidən bağlanır - Evlərini səbəbsiz tərk edənlərə 1000 dollara qədər cərimə tətbiq edilə bilər


COVID-19-a yoluxma halları sürətlə artdığına görə, Avstraliyanın ikinci ən böyük şəhəri olan Melburnun bir hissəsi çərşənbə günü yenidən məhdudiyyətlərə qayıtmalı olub. Rəsmilər son bir neçə gündə şəhər ətrafındakı 36 ərazidə "yolverilməz dərəcədə çox" yeni yoluxma hallarının olduğunu bildirib.

Avstraliyada koronavirusa 7,834 yoluxma və 104 ölüm halı qeydə alınıb.

Viktoriya ştatında son 24 saat ərzində 73 yoluxma halı qeydə alınıb.

Karantin proqramlarında yol verilən səhvlərə görə mehmanxanalar günahlandırılır. Xaricdən Avstraliyaya qayıdan səyahətçilər üçün 14 gün məcburi olaraq karantin tətbiq edilir.

Ştatın rəhbərliyi Melburnun bəzi bölgələrində xəstəliyin təhlükəsizliyin pozulması səbəbindən yayıldığınl bildirib.

Şəhər ətrafında onlarla ərazidə təcrid yenidən tətbiq edilməyə başladıqda, 300 mindən çox insanın da hərəkətinə məhdudiyyətlər qoyulacaq.

Viktoriya ştatının baş naziri Daniyel Endryus pandemiyanın hələ uzun müddət bitməyəcəyinə dair xəbərdarlıq edib və sərt təcrid tədbirlərinə ehtiyac olduğunu deyib.

"Baş səhiyyə rəsmisi mənə məhdudiyyətləri bərpa etməyi məsləhət gördü. Buna görə də hamı evdə qalacaq və bu, dörd həftə davam edəcək. Evinizdən yalnız dörd səbəbə və ya yalnız məcbur olduqda çıxa bilərsiniz: iş və ya məktəb, kiməsə yardım və ya qulluq etmək, gündəlik məşqlər, yemək və digər zəruri şeylər üçün" - Daniyel Endryus bildirib.

Sakinlər heç bir səbəb olmadan evlərini tərk etdikləri təqdirdə təxminən 1000 dollar məbləğində cərimə edilə bilər. Onlara qonşu Yeni Cənubi Uelsə səyahət etmək də qadağandır. Səhiyyə qaydalarına zidd olaraq, Melborndakı virusun çox yayıldığı bölgəsindən sərhədi keçməyə çalışan hər kəs təqribən 7500 ABŞ dolları və ya 6 aya qədər həbs cəzası ilə üzləşə bilər.

XS
SM
MD
LG